“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.05.2013, 10:26
1696

15 may

A- A+

15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev anadan olub. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib...

Azərbaycan

 

15 may 1893 - Dünya şöhrətli türkoloq alim, professor, şair Bəkir Vahab oğlu Çobanzadə (1893 - 13.10.1938) Krımın Simferopol qəzasının Qarasubazar kəndində anadan olub. Azərbaycanda dilçilik elmi və türkologiyanın təşəkkülü və inkişafında böyük rol oynayıb. Stalin repressiyasının qurbanı olub. 

 

15 may 1899 - Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 - 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Bir sıra filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

 

15 may 1921 - Əməkdar elm xadimi, filosof, professor  Midhət Mirmusa oğlu Ağamirov (1921-1995) anadan olub.

 

15 may 1918 - Ədəbiyyatşünas, tənqidçi Əzizağa Hacıəli oğlu Məmmədov (1918-1986) Lənkəranda anadan olub.
 

15 may 1920 - Azərbaycan Xalq Maarif Komissarlığı respublikada vicdan azadlığının elan edilməsi, dinin dövlətdən və məktəbdən ayrılması barədə dekret verib. 
 

15 may 1922 - SSRİ Xalq artisti, bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 - 19.9.1995) anadan olub. Populyar mahnıların ("Sevgilim", "Sevimli şəhər", "Leyla"), operettaların ("Romeo mənim qonşumdur", "Dördüncü fəqərə", “Talelər qovuşanda”, «Ordan-burdan» və s.) müəllifidir. «Bir qalanın sirri», «Kölgələr sürünür», «Qara daşlar», «Əhməd haradadır?» və s. filmlərə musiqi yazıb. 60-cı illərdə Azərbaycanın mədəniyyət naziri işləyib.
 

15 may 1930 - Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 - 15.7.2003) Gəncədə doğulub. "Həmyerlilər", "Kişilər", "Yadındamı", "Ulduzlar görüşəndə" və s. pyeslərin müəllifidir. O.İoselianinin "Araba hələ aşmayıb", V.Şukşinin "Diribaş adamlar" pyeslərini Azərbaycan dilinə çevirib.
 

15 may 1930 - Ədəbiyyatşünas, tənqidçi, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) anadan olub.
 

15 may 1931 - Ədəbiyyatşünas, professor Mahmud Qara oğlu Allahverdiyev (1931-1999) anadan olub.
 

15 may 1939 - Nasir, dramaturq Həmid Arzulu (Həmid Fərhad oğlu Əliyev) anadan olub. Alman ədəbiyyatında bir çox əsərləri (Hötenin "Qərb-Şərq" divanı, Lessinqin "Müdrik Natan" dramı, Şillerin "Balladalar"ı və s.) dilimizə tərcümə edib. 

 

15 may 1944 - Tanınmış aktyor, rejissor, Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov Hacıqabul rayonunun Atbulaq kəndində doğulub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “ Nəsimi”, “Qətl günü” və s. filmlərdə çəkilib. “Doğma sahillər”, “Atları yəhərləyin” (Həsən Turabovla birgə),” Şəhərli biçinçilər” (Hüseyn Mehdiyevlə birgə), “Gecə qatarında qətl” və s. filmlərə quruluş verib.

 

Dünya

 

15 may Beynəlxalq Ailə Günüdür (İnternational Day of Families). BMT Baş Assambleyasının 20 sentyabr 1993-cü il tarixli qətnaməsinə əsasən qeyd olunur. 

 

15 may 1567 - İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi, 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.

 

15 may 1848 - Görkəmli rus rəssamı Viktor Vasnesov (1848-1926) anadan olub. Məşhur rəsmləri: “Üç cəngavər”, “Çar İvan Qroznı” və s.

 

15 may 1862 - Avstriya dramaturqu Artur Şnisler (Arthur Schnitzler, 1862-1931) anadan olub.
 

15 may 1891 - Məşhur rus yazıçısı Mixail Bulqakov (1891 – 10.3.1940) Kiyev şəhərində doğulub. Roman və povestləri: "Usta və Marqarita", "Ağ qvardiya", "İt ürəyi", “Cənab de Molyerin həyatı”; pyesləri: "Qaçış", “Turbinlər ailəsinin günləri", "Zoykanın mənzili", “İvan Vasilyeviç” (pyes əsasında “İvan Vasilyeviç peşəsini dəyişir” komediyası çəkilib).

 

15 may 1891 - Gürcü yazıçısı, akademik Konstantin Qamsaxurdia (1891-1975) anadan olub. Gürcüstanın mərhum prezidenti Zviad Qamsaxurdianın atasıdır. 

 

15 may 1925 - Rus bəstəkarı, SSRİ Xalq artisti Andrey Eşpay anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi