“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.05.2013, 10:14
1454

30 may

A- A+

30 may 1862 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir Şamaxıda anadan olub...

Azərbaycan

 

30 may 1862 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti Sabirin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri «Hophopnamə» adlı topluda nəşr olunub.
 

30 may 1930 - Şair, publisist Fikrət Abbas oğlu Sadıq Şamaxı şəhərində doğulub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli filmlərin ssenarilərinin müəllifidir. Kitabları: “İşığın yaşı”, “Göydə nə var”, “Ağ cığır”, “Gözlədiyim ömür” və s.

 

30 may 1954 - Tanınmış aktrisa, Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. 1976-cı ildən çalışdığı Milli Dram Teatrının səhnəsində yaddaqalan rollar oynayıb. “Tütək səsi” (Tutu), “Ad günü” (Rəna), «Asif, Vasif, Aqasif» (Ana), “Tənha narın nağılı” (Mədinə), “Gümüşgöl əfsanəsi” (Səidə) və s. filmlərdə çəkilib.

 

30 may 1967 - Tanınmış aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910, Şamaxı - 1967) vəfat edib. “Arşın mal alan” (1945), “Fətəli xan”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, onlarla xarici filmin Azərbaycan dilinə dublyajında iştirak edib.
 

Dünya

 

30 may 1778 - Böyük fransız yazıçı-dramaturqu, şair, mütəfəkkir və tarixçi Volter (əsl adı Fransua-Mari Arue, 21.11.694-1778) vəfat edib. Əsərləri: “Edip”, “Brut”, “Zaira”, “Sezar” tragediyaları, “Zadiq və ya tale”, “Mikromeqas”, “Kandid” fəlsəfi romanları və s.

 

30 may 1937 - Məşhur aktyor, Rusiyanın Xalq artisti Aleksandr Demyanenko (1937-1999) anadan olub. L.Qaydayın komediyalarında («Qafqaz əsiri», «I əməliyyatı») Şurik rolu ilə şöhrət qazanıb. Digər filmləri: “İvan Vasilyeviç peşəsini dəyişir”, “Dima Qorinin karyerası” və s.

 

30 may 1960 - Rus şairi, Nobel mükafatı (1958) laureatı Boris Pasternak (10.2.1890-1960) vəfat edib. Əsərləri: “Doktor Jivaqo” (roman), "Doqquz yüz beşinci il", "Leytenant Şmidt", "Spektorski" (poema), "Bacım həyat", "Erkən qatarlarda" (şeirlər kitabı). 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi