“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.05.2013, 09:39
1286

2 may

A- A+

2 may 1920 - Görkəmli aktrisa Ətayə Əliyeva anadan olub...

Azərbaycan

 

2 may 1929 - Dilçi və ədəbiyyatşünas alim, professor  Azərbaycan SSR Dövlət mükafatı laureatı Yusif Mirəhməd oğlu Seyidov (1929 - 18.11.2013) Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub.

 

2 may 1920 - Əməkdar artisti, görkəmli sənətkar Ətayə Qulam qızı Əliyeva (1920 – 6.4.1995) Aşqabadda anadan olub. 1934-cü ildə Bakıya gələrək Teatr Texnikumuna daxil olub. İrəvan, Gəncə teatrlarında, 1956-cı il­dən  Aka­de­mik Dram Teat­rı­nda çıxcış edib. Filmləri: “Onu bağışlamaq olarmı?” (leytenant Qarayeva - Sara xala), «Bizim küçə» (Bəyim xala), «Telefonçu qız» (Simuzər), «Uşaqlığın son gecəsi» (Mənsurə xala) və s.

 

Dünya

 

2 may 1519 - Böyük italyan rəssamı, heykəltəraş, memar, ixtiraçı, Avropa İntibahının görkəmli nümayəndəsi Leonardo da Vinçi (Leonardo di ser Piero da Vinci, 15.4.1452 - 1519) vəfat edib.

 

2 may 1772 - Alman şairi və filosofu Novalis (əsl adı Georg Friedrich Philipp Freiherr von Hardenberg; 1772-1801) anadan olub.

 

2 may 1856 - Rus filosofu, ədəbiyyatşünas, yazıçı Vasili Rozanov (1856-1919) anadan olub. Kitabları: “Tərki-dünya”, “Fanilik”, “Tökülmüş yarpaqlar” və s.

 

2 may 1902 - Avstraliya yazıçısı Alan Marşall (Marshall, 1902-1984) anadan olub. Avtobioqrafik tilogiyası (“Mən gölməçələr üzərindən tullana bilirəm” , “Bu otdur”, “Mənim qəlbimdə”) ilə məşhurlaşıb. “Küləkdə pıçıltı”, “Biz də belə adamlarıq” romanlarının, uşaqlar üçün kitabların müəllifidir.

 

2 may 1903 - Özbəkistan kinosunun yaradıcılarından biri, aktyor, rejissor, ssenarist, SSRİ Xalq artisti Kamil Yarmatov (1903-1959) anadan olub. “Əlişir Nəvai”, “İbn Sina” filmlərinə quruluş verib.

 

2 may 1911 - Məşhur tacik şairi Mirzo Tursunzadə (1911-1977) anadan olub. Əsərlərini tacik və rus dillərində yazıb. UNESCO-nun qərarı ilə 2011-ci ildə Mirzo Tursunzadənin 100 illik yubileyi geniş qeyd olunub.

 

2 may 1946 - Tanınmış ingilis aktyoru Devid Suşe (David Suchet) anadan olub. Aqata Kristinin eyniadlı əsəri üzrə çəkilmiş “Puaro” serialında baş rolun ifaçısı kimi şöhrət qazanıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi