6 may
6 may 1856 - Psixoanaliz nəzəriyyəsinin banisi, avstriyalı alim Ziqmund Freyd anadan olub...
Azərbaycan
6 may 1947 – Tanınmış dilçi alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlu (Cəlilov) Qərbi Azərbaycanın Vedibasar mahalında doğulub. Türkologiyaya, türk dillərinin morfonologiyasına dair tədqiqatların müəllifidir. Ali Sovetin (1991-1995) deputatı, 1992-1993-cü illərdə respublikanın təhsil naziri olub.
Dünya
6 may 1668 - Fransız yazıçısı Alen Rene Lesaj (Alain René Lesage, 1668-1747) anadan olub.
6 may 1856 - Dünya ədəbiyyatı və mədəniyyətində dərin iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd (Sigmund Freud 1856-1939) anadan olub. Əsərləri: “Yuxuların yozulması”, “Totem və tabu”, “Ləzzətin o tərəfində”, “Bir illüziyanın gələcəyi”.
6 may 1868 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vladislav Reymont (1868-1925) anadan olub. Əsərləri: “Kişilər” romanı, “1794” tarixi trilogiyası və s.
6 may 1904 - İsveç yazıçısı və şairi, Nobel mükafatı laureatı (1974) Harri Edmund Martinson (1904-1978) anadan olub.
6 may 1922 – Tanlnmış Rusiya aktyoru, SSRİ Xalq artisti Vladimir Abramoviç Etuş anadan olub. «Qafqaz əsiri» (Saaxov), “İvan Vasilyeviç peşəsini dəyişir” (Şpak) və s. filmlərdə yaddaqalan komik obrazlar yaradıb.
6 may 1960 - Fransız aktrisası Ann Pariyo (Anne Parillaud) anadan olub. “Nikita” serialındakı baş rolu ilə məşhurlaşıb.
6 may 1961 - Amerika kino aktyoru, rejissor, ssenarist Corc Kluni (George Timothy Clooney) anadan olub. Filmləri: “Siriana” (“Oskar” mükafatı), “Qürubdan gündoğanadək”, “Nazik qırmızı sap”, “Xələflər”.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: