“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.05.2013, 10:10
1571

29 may

A- A+

29 may 1489 - Türk memarlıq tarixində məşhur tikililərin müəllifi memar Sinan anadan olub...

Azərbaycan

 

29 may 1946 - Aktyor, rəssam Elçin Məmmədov (1946-18.2.2001) anadan olub. Görkəmli sənətkarlar Mehdi Məmmədov və Barat Şəkinskayanın ailəsində dünyaya göz açan E.Məmmədov “Yeddi oğul istərəm” (Mirpaşa), “Dədə Qorqud” (Qaraca çoban), “Dantenin yubileyi” (Səyavuş) və s. filmlərdə çəkilib. Ölkəmizdə, eləcə də Rusiya teatrlarında bir çox tamaşaların rəssamı olub.
 

Dünya

 

29 may 1489 - Türk memarlıq tarixinə məşhur tikililərin müəllifi kimi imza atmış memar Sinan (Sinanəddin Yusif-Əbdülmannan oğlu Sinan; 1489-1588) anadan olub.
 

29 may 1830 - Fransız yazıçısı Luiza Mişel (Louise Michel, 1830-1905) anadan olub.
 

29 may 1874 - Məşhur ingilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton: 1876-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Dünyaya nə olub?”, “Şar və xaç”, “Uçan meyxana” və s.

 

29 may 1953 – Tanınmış aktyor, Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953-3.1.2008) anadan olub. Filmləri: “Həmin o Münhauzen”, “Sevdiklərinizdən ayrılmayın”, “Ən məftunedici və cazibədar”, “Məhbəs romansı”, “Günah. Ehtirasın tarixi” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi