4 may
4 may 1920 - Aşıq, şair Molla Cümə vəfat edib...
Azərbaycan
4 may 1920 - Aşıq, şair Molla Cümə (1854-1920) vəfat edib. Şəki qəzasının Göynük mahalının Layisqi kəndində doğulub. Bəzi mənbələrə görə, aşıq Azərbaycan Xalq Cümhuriyyətinin qızğın tərəfdarı olduğu üçün öldürülüb.
Dünya
4 may 1770 - Fransız rəssamı Frabnua Jerar (François Pascal Simon; 1770-1837) anadan olub. Əsasən portret janrında (“Amur və Psixeya”, Napoleonun portretləri) işləyib.
4 may 1772 - Tanınmış alman kitab naşiri Fridrix Arnold Brokhaus (Friedrich Arnold Brockhaus, 1772-1823) anadan olub. Dünyaca məşhur “Brokhaus” ensiklopedik nəşriyyatının qurucusudur.
4 may 1914 - Fransız yazıçısı Emmanuel Roble anadan olub (1914-1995).
4 may 1929 - İngilis aktrisası Odri Hepbern (Odri Ketlin Raston, 1929-1993) anadan olub. Filmləri: “Roma tətilləri” (şahzadə Anna) «Hərb və sülh» (Nataşa Rostova) və s.
4 may 1931 - Tanınmış rus dirijoru, pianoçu, SSRİ Xalq artisti Gennadi Rojdestvenski anadan olub.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: