“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.05.2013, 10:17
1512

31 may

A- A+

31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova anadan olub...

Azərbaycan

 

31 may 1568 - Klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, şair Qövsi Təbrizi (1568-1640) anadan olub. Füzuli ədəbi məktəbinin davamçısı kimi Azərbaycan şeirinin inkişafında mühüm rol oynayıb. Divanının iki qədim nüsxəsi London və Tbilisi muzeylərində saxlanılır.
 

31 may 1922 - Xalq artisti, görkəmli müğənni Sara Bəbiş qızı Qədimova (1922 - 12.5.2005) Bakıda anadan olub. Əslən Ağdamın Abdal-Gülablı kəndindəndir. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet Teatrının solisti olub, Azərbaycan musiqisinin xaricdə təbliğinə böyük töhfə verib.
 

31 may 1929 - Tanınmış bəstəkar, Xalq artisti Oqtay Qədir oğlu Zülfüqarov (1929 - 31.8.2016) anadan olub. "Əlibaba və 40 quldur" (balet), "Azərbaycan gəncləri"( oda), uşaqlar üçün çoxsaylı musiqi əsərlərinin, 300-dən çox mahnının müəllifidir. Uzun illər (1991-2012) Dövlət Uşaq Filarmoniyasının rəhbəri olub.

 

Dünya

 

31 may “Tütünsüz dünya günü” kimi qeyd olunur (World No Tobacco Day). 1988-ci ildə Dünya Səhiyyə Təşkilatı tərəfindən təsis edilib.
 

31 may 1802 - İtalyan bəstəkarı Çezare Punyi (1802-1870) anadan olub. Uzun müddət Rusiyada yaşayıb, “Qozbel at” baletinin müəllifidir.
 

31 may 1809 - Görkəmli Avstriya bəstəkarı Frans Yozef Haydn (Franz Joseph Haydn, 31.3.1732-1809) vəfat edib. Simfoniyaların, opera, sonata, oratoriya və s. əsərlərin müəllifidir.
 

31 may 1887 - Fransız şairi, Nobel mükafatı (1960) laureatı Sen-Jon Pers (Saint-John Perse, 1887-1975) anadan olub.
 

31 may 1892 - Rus yazıçısı Konstantin Georgiyeviç Paustovski (1892-1968) anadan olub. “Həyat haqqında povest” silsilə kitablarının müəllifidir. 
 

31 may 1899 - Rus yazıçısı Leonid Leonov (1899-1994) anadan olub. Əsərləri: “Porsuqlar”, “Rus meşəsi” (romanlar); “Canavar”, “Çovğun”, “Adi adam” (pyeslər) və s.
 

31 may 1930 – Məşhur Amerika aktyoru və kinorejissoru Klint İstvud (Clinton Elias Eastwood) anadan olub. “Çağırılmamış”, “Balaca üçün milyon” filmlərinə görə “Ən yaxşı rejissor” nominasiyasında “Oskar” mükafatına layiq görülüb.  

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi