“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.06.2013, 10:28
1957

10 iyun

A- A+

10 iyun 2008 - Dünya şöhrətli qırğız yazıçısı, görkəmli ictimai xadim Çingiz Aytmatov vəfat edib...

Azərbaycan

 

10 iyun 1904 – Görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, professor Məmməd Arif (Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə; 1904 - 27.12.1975) anadan olub.

 

10 iyun 1935 - Şair İltifat Saleh oğlu Salayev Lənkəran rayonunun Boladi kəndində anadan olub. 

 

10 iyun 1937 - Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova аnаdаn оlub. Orta əsr risalələrini (S.Urməvi - «Kitabül-Ədvar», «Şərəfiyyə», Fətullah Şirvani - «Musiqi məcəlləsi» və s.) mətnşünaslıq cəhətdən hazırlayaraq nəşr etdirib. “Azərbaycanın musiqi elmi (XIII-XX əsrlər)” kitabını, qədim musqi terminləri lüğətini tərtib edib.

 

10 iyun 1938 - Şair Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev) Ermənistanın Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olub. 
 

10 iyun 1982 - Bakıda görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün xatirə muzeyi açılıb.

 

10 iyun 1983 - Xalq artisti, bəstəkar, pedaqoq Səid Rüstəmov (12.5.1912, İrəvan - 1983) vəfat edib. "Beş manatlıq gəlin" (1939), "Durna" (1947), "Rəisin arvadı" (1961) musiqili komediyalarının və bir çox mahnıların ("Ağ çiçəklər", "Oxu tar","Qurban adına", “Həkim qız","Oxu, gözəl" və s.) müəllifidir. 1935-1975-ci illərdə Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və dirijoru olub. Musiqi məktəbləri üçün bir çox dərs vəsaitləri yazıb.

 

Dünya

 

10 iyun 1799 - İtalyan əsilli rus rəssamı, rus akademizminin tanınmış nümayəndəsi Fyodor Antonoviç Bruni (1799-1875) anadan olub.
 

10 iyun 1819 - Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet) (1891-1877) anadan olub. Peyzaj, portret və naturalist rəsmləri ilə tanınıb.

 

10 iyun 1895 - Amerika kinoaktrisası, «Oskar» mükafatına layiq görülmüş (1940, «Küləklə sovrulanlar») ilk qaradərili artist Hetti Makdeniel (Hattie McDaniel, 1895-1952) anadan olub.
 

10 iyun 1915 – Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1976) laureatı Sol (Solomon) Bellou (Saul Bellow, 1915-2005) anadan olub. Əsərləri: “Yerlə göy arasında”, “Qurban”, “Yağışlar hökmdarı Henderson”, “Hersoq”, “Oğru” və s.

 

10 iyun 1929 - Görkəmli rus müğənnisi, SSRİ-nin, Rusiya Federasiyasının və Azərbaycan SSR-in Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.
 

10 iyun 1930 - Tanınmış rus boyakarı, SSRİ Xalq rəssamı, akademik İlya Qlazunov (1930 - 9.7.2017) anadan olub. 1987-ci ildən ömrünün sonunadək Rusiya Boyakarlıq və Heykəltəraşlıq Akademiyasının rektoru olub. 

 

10 iyun 1936 - SSRİ-də ilk cizgi filmi istehsal edən studiya - «Soyuzmultfilm» kinostudiyası yaradılıb.

 

10 iyun 2008 - Dünya şöhrətli qırğız yazıçısı, görkəmli ictimai xadim Çingiz Aytmatov (12.12.1928 - 2008) vəfat edib. Əsərləri: “Cəmilə”, “Əlvida, Gülsarı!”, “Ağ gəmi”, “Gün var əsrə bərabər”, “Edam kötüyü”, “Dağlar düşəndə” (2007, son roman) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi