“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.06.2013, 10:34
1358

11 iyun

A- A+

11 iyun 1913 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova anadan olub...

Azərbaycan

 

11 iyun 1892 – Azərbaycanın Xalq artisti, tanınmış opera müğənnisi Aleksandr Aleksandroviç Drozdov (1892-15.6.1968) Saratovda anadan olub. 1935-ci ildən Azərbaycan Opera və Balet Teatrında fəaliyyət göstərib. “Koroğlu” (Koroğlu), “Aida” (Radames), “”Karmen” (Xoze) və s. operalarda çıxış edib. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib. 

 

11 iyun 1913 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artisti Hökümə Abbasəli qızı Qurbanova (1913 – 2.11.1988) anadan olub. 1938-ci ildən ömrünün sonunadək Milli Dram Teatrınında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. Kinoda ilk işi 1936-cı ildə “Almaz” filmində Yaxşı rolu olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.

 

11 iyun 2002 – Prezident Heydər Əliyev "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" fərman imzalayıb.

 

Dünya

 

11 iyun 1811 - Rus ədəbiyyatşünası və filosofu Vissarion Qriqoryeviç Belinski (1811-1848) anadan olub.

 

11 iyun 1864 - Görkəmli alman bəstəkarı, dirijor Rixard Ştraus (Richard Strauss, 1864-1949) anadan olub. Simfonik poema və operaların (“Elektra”, “Kölgəsiz qadın”, “Arabella” və s.) müəllifidir.

 

11 iyun 1899 - Yapon yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1968) Yasunari Kavabata (1899-1972) anadan olub. Əsərləri: “Dağın naləsi”, “Köhnə paytaxt” ronamları, “Qarlı dağ”, “Minillik durna” povestləri və s.

 

11 iyun 1910 — Məşhur fransız dəniz səyyahı, fotoqraf, rejissor, ixtiraçı Jak İv Kusto (Jacques-Yves Cousteau; 1910-1997) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi