“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.06.2013, 00:30
1491

27 iyun

A- A+

27 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib...

Azərbaycan

 

27 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.

 

27 iyun 1924 - Xalq artisti, məşhur aktyor Məlik Yusif oğlu Dadaşov (1924 - 3.12.1996) anadan olub. 1950-ci ildən Akademik Milli Dram Teatrında işləyib. Teatr səhnəsində (“Otello” - Yaqo, “Maqbet” - Maqbet), televiziya tamaşalarında (İ.Əfəndiyevin “Atayevlər ailəsi”ndə Atayev) yaddalan rollar oynayıb. Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib. Kinoda zəngin obrazlar qalereyası yaradıb:  “Dəli Kür” - Molla Sadıq, “İyirmialtılar” - Əzizbəyov, “Birisi gün gecə yarısı” - Nəriman Nərimanov, “Axırıncı aşırım” - Qəmlo, “O dünyadan salam” - Şeyx Nəsrullah, “Fəryad” - Aram Xaçaturyan və s. 

 

27 iyun 2013 - Xalq artisti, görkəmli aktyor Səyavuş Məmmədağa oğlu Aslan (5.9.1935 - 2013) vəfat edib. Uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. Teatrda məşhur rolları: Dadaşbala (“Hicran”), Mindilli (“Nişanlı qız”); televiziya tamaşaları – “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”; filmləri: “Əhməd haradadır?”, “Romeo mənim qonşumdur”, “Ulduz”, “Yol əhvalatı”, “Bəyin oğurlanması”, “Mənim ağ şəhərim”, “Yuxu”, “O dünyadan salam” və s.

 

Dünya

 

27 iyun 1940 — Məşhur aktyor, müğənni, Rusiyanın Xalq artisti Boris Xmelniski (1940-2008) anadan olub. “Robin Qudun oxları” (Robin Qud), “Qırmızı çadır”, “İgid cəngavər Ayvenqo” və s. filmlərdə çəkilib.

 

27 iyun 1941 - Polşa kinorejissoru Kşiştof  Keslovski (1941-1996) anadan olub. “Həyatın rəngləri”, “Dekaloq” və s. filmlərin müəllifidir.

 

27 iyun 1955 - Fransız aktrisası İzabel Adjani (Isabelle Yasmine Adjani) anadan olub. Filmləri: “Adeliya Hüqonun əhvalatı”, “Bronte bacıları”, “Kraliça Marqo” və s.

 

27 iyun 1983 - Rusiyanın populyar estrada müğənnisi Alsu (Alsu Rafilovna Safina) anadan olub.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi