“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.06.2013, 08:35
1730

5 iyun

A- A+

5 iyun 1908 - Şair Mikayıl Müşfiqin doğum günüdür. 1938-ci ildə Stalin repressiyasının qurbanı olub...

Azərbaycan

 

5 iyun 1908 - Görkəmli şair Mikayıl Müşfiq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə, 1908 - 06.01.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. On il ərzində 10 şeir və poemalar toplusu nəşr etdirib. Stalin repressiyasının qurbanı olub. 1937-ci ildə pantürkizm və millətçilikdə ittiham edilərək həbs olunub, 1938-ci il yanvarın 6-da güllələnib.
 

5 iyun 1912 - Dramaturq, ədəbiyyatşünas Həsən Məmməd oğlu Qasımov (1912-8.5.1977) аnаdаn оlub. "Kür sahilində" pyesi bir sıra teatrlarda tamaşaya qoyulub.

 

5 iyun 1925 - Şair, publisist, nasir Ağaəli Qulu oğlu Qasımlı anadan olub.
 

5 iyun 1939 - Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov; 1939 - 28.1.2015) anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur,  “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” və s. pyeslərin müəllifidir. 2000-2010-cu illərdə Milli Məclisin deputatı olub.

 

5 iyun 1941 - Tanınmış aktyor, Azərbaycan teatrı və kinosunda özünəməxsus iz qoymuş Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində anadan olub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında  yaddaqalan obrazlar yaradıb.

 

5 iyun 1949 - Yazıçı, kinossenarist, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə anadan olub. 30-dan çox kitabın, 10-dan çox filmin (“Gecə qatarında qətl”, “Vahimə”, “Biz qayıdacağıq” və s.) ssenari müəllifidir.

 

Dünya

 

5 iyun Dünya ətraf mühit günüdür (World Environment Day).1972-ci il dekabrın 16-da BMT Baş Assambleyasının 27-ci sessiyasında təsis olunub.

 

5 iyun 1723 — Görkəmli şotland filosofu, dünya iqtisad elminin banilərindən biri Adam Smit (Adam Smith; 1723-1790) anadan olub.

 

5 iyun 1898 – Məşhur ispan şairi və dramaturqu, musiqiçi və rəssam Federiko Qarsia Lorka (Federico Garcia Lorca; 1898-1936) anadan olub. İspaniyada Vətəndaş müharibəsində həlak olub.

 

5 iyun 1931 - Fransız kinorejissoru Jak Demi (Jacques Demy, 1931-1990) anadan olub.
 

5 iyun 1941 - Məşhur Polşa aktrisası Barbara Brılska (Barbara Brylska) anadan olub. E.Ryazanovun «Taleyin ironiyası və ya həmişə təmizlikdə» filmində Nadya rolu ilə şöhrət qazanıb.
 

5 iyun 1946 - İtalyan kinoaktrisası Stefaniya Sandrelli anadan olub. Filmləri: “XX əsr”, “Alfredo, Alfredo” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi