“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.06.2013, 10:45
1625

14 iyun

A- A+

14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh Gəncədə anadan olub...

Azərbaycan

 

14 iyun 1794 - Görkəmli şair, mütəfəkkir Mirzə Şəfi Vazeh (1794 – 16.11.1852, Tiflis) Gəncədə anadan olub. 1840-cı ildən Tiflisdə yaşayıb, müəllim işləyib, “Divani-hikmət” ədəbi məclisinə rəhbərlik edib. Burada alman şərqşünas-səyyah Fridrix Bodenştedtlə tanış olur. Şair ona öz qəzəllərini hədiyyə edir. Bodenştedt onları tərcümə edərək öz imzası ilə nəşr etdirir, kitab Avropada geniş yayılır. Yalnız xeyli sonra o, poetik incilərin Mirzə Şəfi Vazehə məxsus olduğunu etiraf edir.

 

14 iyun 1888 – İctimai-siyasi xadim, publisist Camo bəy Hacınski (1888-1942) anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin 1-ci, 4-cü və 5-ci hökumətlərində nazir postu tutub. Sovet dövründə mədəniyyət və maarif sahəsində fəaliyyətini davam etdirib. 1938-ci ildə repressiya olunub, 1942-ci ildə Rusiyanın Kirov vilayətinin Vyatka düşərgəsində vəfat edib.

 

14 iyun 1926 - Xalq artisti, məşhur tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 - 15.8.1994) anadan olub. 1941-ci ildən Ə.Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Alətləri Ansamblında çalışıb, 1973-cü ildən ömrünün sonunadək kollektivin bədii rəhbəri olub.

 

14 iyun 1947 - Bəstəkar, Əməkdar incəsənət xadimi, Xalq artisti Faiq (Mirfaiq) Miri oğlu Sücəddinov anadan olub. Piano və simfonik orkestr, piano və kamera orkestri üçün konsertlərin, “Atatürk” odası, «Vətən» oratoriyası, caz kompozisiyaları, mahnıların müəllifidir.

 

Dünya

 

14 iyun 1811 - Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811-1896) anadan olub. Yazıçının ən məşhur əsəri olan “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.

 

14 iyun 1835 — Məşhur yəhudi pianoçusu və dirijoru, pedaqoq Nikolay Qriqoryeviç Rubinşteyn (1835-1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir.

 

14 iyun 1933 — Rus kinorejissoru, ssenarist Vladimir Krasnopolski (əsl soyadı Ledov) anadan olub. “Kölgələr günorta yox olur”, “Əbədi çağırış”, “Yermak” teleseriallarının müəlifidir.

 

14 iyun 1956 - Məşhur rus kinoaktrisası Yelena Safonova anadan olub. “Qış albalısı”, “Qara gözlər”, “Taksi-blüz” və s. filmlərdə çəkilib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi