“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2013, 09:56
1971

15 iyun

A- A+

15 iyun 1918 – Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov Dərbənddə doğulub...

Azərbaycan

 

15 iyun 1918 – Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918-7.4.2005) Dərbənddə doğulub. “Bir dəqiqə” musiqili komediyasının, populyar mahnıların (“Getmə amandı”, “Qurban olduğum”, “Qarşıdan bir sona keçdi”, “Qadan alım”) müəllifidir. Filarmoniyanın direktoru, Dövlət mahnı və rəqs ansamblının bədii rəhbəri olub.

 

15 iyun 1934 – Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934-2003) Laçın rayonunun Mollaməhmədli kəndində anadan olub. AMEA-nın Şərqşünaslıq İnstitutunun «İran ədəbiyyatı» şöbəsində, Nizami adına Ədəbiyyat İnstitutunda işləyib.

 

15 iyun 1945 - Görkəmli aktrisa, Xalq artisti, Dövlət mükafatı laureatı Amalya Əliş qızı Pənahova (1945 - 8.11.2018) Gəncədə doğulub. 1964-cü ildən çalışdığı Milli Dram Teatrında, televiziya tamaşalarında çoxsaylı obrazlar yaradıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra rəhbərlik edib. “Arxadan vurulan zərbə” (Ziba), “Qərib cinlər diyarında” (Zərrintac), “Babək” (Zərnisə”, “Gözlə məni” (Fəxrəndə”), “Cavad xan” (Darya) və s. flmlərdə çəkilib. 2000-2005-ci illərdə Milli Məclisinin deputatı olub. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib, sənətşünaslıq elmləri doktoru, professor idi.

 

15 iyun 1949 - Əməkdar incəsənət xadimi, xor dirijoru Rəfail Musa oğlu Kərimov anadan olub.

 

15 iyun 1992 - Tanınmış telejurnalist Çingiz Mustafayev Dağlıq Qarabağın Naxçıvanik kəndi yaxınlığında Azərbaycan və erməni hərbi qüvvələrinin döyüşünü lentə alan zaman həlak olub. Ölümündən sonra ona "Azərbaycanın Milli Qəhrəmanı"  adı verilib.

 

Dünya

 

15 iyun 1594 - Fransız rəssamı, klassizm cərəyanının tanınmış nümayəndəsi Nikola Pussen (Nicolas Poussin, 1594-1665) anadan olub.

 

15 iyun 1843 – Görkəmli Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub. “Per Günt” süitasının, 600-dən çox mahnı və romansın müəllifidir.

 

15 iyun 1920 - İtalyan kinoaktyoru və rejissoru Alberto Sordi (Alberto Sordi, 1920-2003) anadan olub. Filmləri: “İtaliyalı Amerikada”, “Taksi sürücüsü Nyu-Yorkda”, “Mən bilirəm ki, sən bilirsən ki, mən bilirəm” və s.

 

15 iyun 1936 — Rusiyanın Xalq artisti, tanınmış teatr və kino aktyoru Mixail Mixayloviç Derjavin anadan olub.

 

15 iyun 1946 - Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos; 1946 - 26.1.2015) Misirin İsgəndəriyyə şəhərində doğulub.

 

15 iyun 1954 — Alban əsilli Amerika aktyoru və rejissoru Ceyms Beluşi (James Adam Belushi) anadan olub. “K-9”, “Qırmızı qızdırma” və s. filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

Xəbərlər
Redaktorun seçimi