“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.06.2013, 00:21
1712

24 iyun

A- A+

24 iyun 1955 - Görkəmli jurnalist, ictimai-siyasi xadim Nəcəf Nəcəfov anadan olub...

Azərbaycan

 

24 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı qəbul edilib. Fətəli xan Xoyskinin başçılıq etdiyi Nazirlər Şurasının qərarı ilə qırmızı parça üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş bayraq Xalq Cümhuriyyətinin müvəqqəti dövlət rəmzi elan edilib. Azərbaycanın indiki üçrəngli (mavi, qırmızı, yaşıl) bayrağı isə dövlət rəmzi olaraq 1918-ci ilin 9 noyabrında qəbul edildi.

 

24 iyun 1939 - Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (1939 – 31.8.1968) Təbrizdə anadan olub. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib. İtaliyada (Bolonya) Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Araz çayında müəmmalı şəraitdə boğulub. "Məhəbbət nağılı" adlı kitabı Bakıda (1987) nəşr edilib.

 

24 iyun 1955 - Görkəmli jurnalist, ictimai-siyasi xadim Nəcəf Nəcəfov (1955- 17.12.1999) anadan olub. 1986-1988-ci ildə “Azərbaycan gəncləri" (rus dilində), 1989-1992-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru, Azərbaycan Ali Sovetinin (1990-1995) deputatı olub, 2005-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə (ölümündən sonra) təltif olunub.

 

Dünya

 

24 iyun 1842 - Amerika yazıçısı Ambroz Birs (Ambrose Gwinnett Bierce; 1842-1914) anadan olub. Qorxulu əsərlərin (“İnsan və ilan”, “Müvafiq şərait”, “Lənətlənmiş heyvan” və s.) müəllifi kimi tanınıb. “Şeytan lüğəti” adlı acı aforizmlər toplusu tərtib edib.

 

24 iyun 1901 - SSRİ-nin Xalq artisti, teatr və kino aktyoru İqor İlyinski (1901-1987) anadan olub. “Volqa-Volqa” (Bıvalov), “Karnaval gecəsi” (Oqursov) və s. filmlərdə komik obrazlar yaradıb.

 

24 iyun 1912 – Rusiyanın Xalq artisti, komediya aktyoru Sergey Filippov (1912-1990) anadan olub. Fimləri: “12 stul” (İppolit Vorobyaninov), “İvan Vasilyeviç peşəsini dəyişir” (İsveç səfiri) və s.

 

24 iyun 1930 — Fransız rejissoru Klod Şabrol (Claude Chabrol; 1930-2010) anadan olub. Fransa kinosunda “yeni dalğa”nın tanınmış nümayəndələrindən biridir, “Yaraşıqlı Serj”, “Qəssab”, “Bayquşun çığırtısı” və s. filmləri çəkib.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi