“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.06.2013, 00:08
1616

19 iyun

A- A+

19 iyun 1900 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani Tiflisdə doğulub...

Azərbaycan

 

19 iyun 1900 - Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 – 11.2.1981) Tiflisdə doğulub. Yeniyetmə yaşlarında Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildən Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. “Kəndlilər”, “Səbuhi”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Bir məhəllədən iki nəfər”, “Bizim küçə”,  “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.

 

19 iyun 1924 – Ədəbiyyatşünas, profesor, Əməkdar elm xadimi Seyfulla Qüdrət oğlu Əsədullayev (1924-2011) anadan olub.

 

Dünya

 

19 iyun 1623 — Məşhur fransız filosofu, fizik, riyaziyyatçı, ədəbiyyatşünas Blez Paskal (Blaise Pascal; 1623-1662) anadan olub. Riyazi analizin banilərindən biri, “Din və digər şeylər haqqında düşüncələr”, “Əyalət adamına məktublar” və s. əsərlərin müəllifidir.

 

19 iyun 1920 – Fransız kinorejissoru İv Robber (Yves Robert, 1920-2002) anadan olub. “Qara çəkməli ucaboy sarışın”, “Ucaboy sarışının qayıtması” və s. komediyaların müəllifidir.

 

19 iyun 1921 — Fransa və Amerika kinoaktyoru Lui Jordan (Louis Jourdan) anadan olub. Filmləri: “Səkkizayaq”, “Qraf Monte-Kristo”, “Kolonmo” serialı və s.

 

19 iyun 1924 - Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub. Əsərləri: “Alp balladası”, “Ölülər ağrı hiss etmir”, “Sotnikov”, “Sübhədək yaşamalı” və s. Bir çox əsərləri əsasında filmlər çəkilib.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi