“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.06.2013, 00:39
1754

30 iyun

A- A+

30 iyun 1934 - Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib...

Azərbaycan

 

30 iyun (yeni təqvimlə 12 iyul) 1812 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundzadə (1812 – 10.3.1878, Tiflis) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanın vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 1873-cü ildə Bakıda ədibin “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə professional Azərbaycan teatrının əsası qoyulub. 

 

30 iyun 1934 - Azərbaycan Bəstəkarlar İttifaqı yaranıb. Asan Refatov ittifaqın idarə heyətinin sədri seçilib. Əslən Krım tatarı olan A.Refatov tanınmış bəstəkar idi. 1926-cı ildə Bakıya gələrək Azərbaycan Dövlət Konservatoriyada təhsil almış, burada dərs demiş, 1931-ci ildə bu təhsil ocağının prorektoru təyin edilmişdi. O, Bəstəkarlar İttifaqına bir il sədrlik etdi, 1937-ci ildə repressiya olundu. 1935-ci ildə Bəstəkarlar İttifaqına Əli Kərimov, 1936-cı ildən isə dahi bəstəkar Üzeyir Hacıbəyli (1948-ci ilədək) rəhbərlik etdi.

 

30 iyun 1952 – Yazıçı-dramaturq, filosof, tərcüməçi Firuz Mustafa (Firuz Qədimalı oğlu Mustafayev) anadan olub. 30-dan çox pyesin ("Ayı təbəssümü", “Zaman”, “Tələ”, “Pələng ili”, "Musiqili məktublar" və s.), povest və romanların ("At günü", "Dəniz köçü", “Teatr meydanı” və s.) müəllifidir. Rus dilindən tərcümələr edir.

 

Dünya

 

30 iyun 1685 - İngilis şairi və dramaturqu Con Gey (John Gay, 1685-1732) anadan olub.

 

30 iyun 1789 - Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub.
 

30 iyun 1884 - Fransız yazıçı-dramaturqu, şair, ədəbiyyatşünas Jorj Düamel (Georges Duhamel; 1884-1966) anadan olub. “Tərk edilmişlər”, “Gecəyarısı etiraf”, “Salavenin gündəliyi” romanları və s. əsərlərin müəllifidir.

 

30 iyun 1911 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1980) laureatı Çeslav Miloş (Czeslaw Milosz, 1911-2004) anadan olub.

 

30 iyun 1918 - Amerika kinoaktrisası Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub. “Mən yaşamaq istəyirım” filmində roluna görə “Oskar” mükafatı (1958) alıb.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi