“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
01.06.2013, 10:34
1527

1 iyun

A- A+

1 iyun 1926 - Amerika aktrisası, müğənni Merilin Monro anadan olub...

Azərbaycan

 

1 iyun 1920 - Azərbaycanda sovet hökuməti teatrların milliləşdirilməsi haqqında dekret verib. Azərbaycan Dövlət Teatrı yaradılıb.

 

1 iyun 1936 - Xalq artisti, dirijor, professor Nəriman Abbasqulu oğlu Əzimov anadan olub.

 

1 iyun 1939 – Respublika Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Dövlət Ümumi Kitabxanasına (indiki Milli Kitabxana) görkəmli mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adının verilməsi barədə qərar qəbul edib. Kitabxana 1923-ci mayın 23-də indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında fəaliyyətə başlayıb. 1961-ci ildə indiki binasına (arxitektor M.Hüseynov) köçüb. 1962-ci ildə binada M.F.Axundzadənin büstü (heykəltəraş İ.Zeynalov) qoyulub.  

 

1 iyun 1950 – Əməkdar artist Tanilə Əhmərova (1950 – 4.8.2015) Bakıda anadan olub. 1977-ci ildə M.Əliyev adına Dövlət Teatr İnstitutunu bitirib. Bir sıra filmlərdə yaddaqalan obrazlar yaradıb: “Sevinc buxtası” (1977, Leyla), “Qayınana” (1978, Sevda), “Üzeyir ömrü” (1981, Üzeyirin anası) və s. 

 

1 iyun 1953 - Azərbaycanın Əməkdar artisti, teatr və kino aktyoru Ömür Nağıyev (1953 - 31.12.2013) anadan olub. 30-dan çox filmdə çəkilib. Bakı Bələdiyyə Teatrında, Rus Dram Teatrında çalışıb.

 

Dünya

 

1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub.

 

1 iyun 1804 - Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.

 

1 iyun 1850 – Türk yazıçısı, dilçi və ədəbiyyatşünas Şəmsəddin Sami (1850 – 5.6.1904, İstanbul) Albaniyada (o vaxtlar Osmanlı imperatorluğuna daxil idi) doğulub. İlk türk romanı sayılan “Taaşşuk-ı Talat və Fitnat” əsərinin müəllifi, türk dili lüğətinin (“Kamus-ı Türki”) tərtibçisidir.

 

1 iyun 1923 - Rus yazıçısı Boris Andreyeviç Mojayev (1923-1996) anadan olub. Əsərləri: “Kişilər və arvadlar”, “Fyodor Kuzkinin həyatından” və s.

 

1 iyun 1926 - Dünya şöhrətli Amerika aktrisası, müğənni Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson; 1926-1962) anadan olub. Filmləri: “Eva haqqında hər şey”, “Niaqara”, “Arzunun yeddi ili”, “Centlmenlər sarışınları xoşlayırlar”, “Şahzadə və rəqqasə” və s.

 

1 iyun 1929 - Məşhur hind aktrisası Nərgiz (əsl adı Fatimə Rəşid; 1929-1981) anadan olub. “Avara”, “Cənab 420” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

1 iyun 1937 – Amerika aktyoru Morqan Frimen (Morgan Freeman) anadan olub. Filmləri: “Şouşenkodan qaçış”, “Epidemiya”, “Qorxunun qiyməti”, “Yeddi”, “Balaca üçün milyon dollar” (“Oskar”) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi