“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.06.2013, 00:34
1709

28 iyun

A- A+

28 iyun 1914 - Xalq artisti, teatr və kino aktrisası Barat Şəkinskaya Şuşada anadan olub...

Azərbaycan

 

28 iyun 1842 - Görkəmli maarifçi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) anadan olub. 1875-ci ildə «Əkinçi» qəzeti ilə Azərbaycanda milli mətbuatın əsasını qoyub. Zərdabi Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycan müəllimlərinin birinci qurultayının sədri (1906) olub.

 

28 iyun 1914 - Xalq artisti, teatr və kino aktrisası Barat Şəkinskaya (1914 - 14.1.1999) Şuşada anadan olub. 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrında çalışıb. “Görüş” (Şövkət), “O olmasın, bu olsun” (Sənəm), “Qızmar günəş altında” (Sərdarovun arvadı), “Onun bəlalı sevgisi”  (Nənə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.

 

28 iyun 1925 - Xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədov (1925-1994) anadan olub.

 

28 iyun 1935 - Xalq artisti, rejissor Ağakişi Şəmməd oğlu Kazımov Ağcabədi rayonunda doğulub. 1956-1963-cü illərdə Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb. Sumqayıt Dram Teatrında direktor, Musiqili Komediya Teatrında, Opera və Balet Teatrında, Gənc Tamaşaçılar Teatrında, Milli Dram Teatrında rejissor, quruluşçu rejissor işləyib. Mədəniyyət və İncəsənət Universitetinin professorudur.

 

Dünya

 

28 iyun 1577 – Görkəmli Niderland (flamand) rəssamı Piter Paul Rubens (Peter Paul Rubens, 1577-1640) anadan olub. Mifolofi və dini mövzuda bir çox əsərlərin müəllifidir. Portret və peyzaj ustası kimi də tanınıb.

 

28 iyun 1712 — Görkəmli fransız yazıçı və mütəfəkiri, musiqişünas, maarifçi Jan-Jak Russo (Jean-Jacques Rousseau; 1712-1778) anadan olub. “Yeni Eloiza”, “Emil” romanlarının, “İctimai müqavilə”, “Düşüncələr” və s. fəlsəfi əsərlərin müəlifidir.

 

28 iyun 1867 – İtalyan yazıçı-dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1934) laureatı Luici Pirandello (Luigi Pirandello, 1867-1936) anadan olub. Əsərləri: “Mərhum Mattia Paskal”, “Qocalar və cavanlar” romanları, “Liola” , “Hər kəs özünə görə”, “IV Henrix” və s. pyeslər.

 

28 iyun 1871 –  Rus filosofu, yazıçı, publisist Sergey Nikolayeviç Bulqakov (16 (28) 1871-1944) anadan olub. “Təsərrüfatın fəlsəfəsi”, “Adın fəlsəfəsi”, “Fəlsəfənin faciəsi” və s. əsərlərin müəllifidir. 

 

28 iyun 1945 – Türk kinosunun sultanı Türkan Şoray İstanbulda doğulub. Kinoda debütü 1960-cı ildə edib, 220-dən çox ekran əsərində rol alıb. Məşhur filmləri: “Acı həyat”, “Məhbus”, “Bir eşq uğruna”, “Dönüş”, “Məhəbbətim mənim, kədərim mənim” (Türkiyə prokatında “Bir eşq nağılı”, sovet-türk filmi, rejissor Əjdər İbrahimov), “Arım, balım, pətəyim” və s. 

 

28 iyun 1949 - Tanınmış rus aktyoru və rejissoru Aleksandr Pankratov-Çernı anadan olub. “Biz cazdanıq”, “Qaqrada qış axşamları” və s. filmlərdə çəkilib.

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi