“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.07.2013, 10:09
1731

7 iyul

A- A+

7 iyul 1884 - Yəhudi əsilli məşhur alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger) anadan olub...

Azərbaycan 

 

7 iyul 1939 - Yazıçı, tədqiqatçı-alim, professor Elmira Nəzər qızı Zamanova (1939-2010) Göyçay şəhərində anadan olub. Rus və Azərbaycan dilində yazdığı elmi-fantastik əsərləri xarici ölkələrdə çap olunub. Əsərləri: "Yeraltı dünya", "Həyat naminə. Qarabağ - xoşbəxtlik və kədərim", “Vaxtdır, qardaşım” və s. 

 

Dünya

 

7 iyul 1860 - Avstriya bəstəkarı Qustav Maler (Gustav Mahler, 1860-1911) anadan olub.

 

7 iyul 1882 - Belarus ədəbiyyatının görkəmli nümayəndəsi, şair Yanka Kupala (əsl adı İvan Dmitriyeviç  Luseviç; 1882-1942) anadan olub.

 

7 iyul 1883 - Finlandiya bəstəkarı Toyvo Kuula (Toivo Kuula, 1883-1918) anadan olub.

 

7 iyul 1884 - Yəhudi əsilli məşhur alman yazıçısı Lion Feyxtvanger (Lion Feuchtwanger, 1884-1958) anadan olub. «Qoyya», «İspan balladası», «Lautenzak qardaşları» və s. tarixi romanların müəllifidir.

 

7 iyul 1887 – Yəhudi əsilli məşhur Rusiya-Fransa rəssamı Mark Zaxaroviç Şaqal (1887-28.3.1985) Vitebskdə (Belarus) anadan olub. 1923-cü ildə ailəsi ilə Fransaya mühacirət edib. Rəngkarlıq və qrafika əsərləri ilə bədii avanqardının ən tanınmış simalarından biridir.

 

7 iyul 1899 — Amerika kinorejissoru Corc Kyukor (George Dewey Cukor; 1899-1983) anadan olub. Filmləri: “Adəmin qabırğası”, “Romeo və Cülyetta”, “Mənim gözəl ledim” – 1964-cü il “Oskar” mükafatı”) və s.

 

7 iyul 1901 - İtalyan aktyoru, kinorejissor, 4 dəfə «Oskar» mükafatının laureatı Vittorio De Sika (Vittorio De Sica, 1901-1974) anadan olub. Filmləri: “Günəbaxanlar”, “Dünən, bu gün, sabah”, “İtalyansayaq nikah” və s.

 

7 iyul 1907 – Məşhur Amerika fantast-yazıçısı Robert Enson Haynlayn ( Robert Anson Heinlein; 1907-1988) anadan olub. Artur Klark və Ayzek Azimovla birlikdə fantast-yazıçıların “Böyük üçlüyü”nə daxildir.

 

7 iyul 1922 - Dünya şöhrətli fransız modelyer Pyer Karden (Pierre Cardin) anadan olub.

 

7 iyul 1930 – Məşhur ingilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle; 22.5.1859 - 1930) vəfat edib. Xəfiyyə Şerlok Holmsun macəralarından bəhs edən detektiv əsərlərin müəllifidir.

 

7 iyul 1940 - İngilis musiqiçisi, məşhur «The Beatles» qrupunun barabançısı Rinqo Star (Ringo Starr) anadan olub.

 

7 iyul 1943 - Məşhur italyan müğənnisi və bəstəkarı Toto Kutunyo (Salvatore (Toto) Cutugno) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi