“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.07.2013, 10:40
1820

16 iyul

A- A+

16 iyul 1913 - Xalq artisti, görkəmli müğənni Mirzə Babayev anadan olub...

Azərbaycan

 

16 iyul 1913 - Xalq artisti, görkəmli müğənni Mirzə Babayev (1913 – 13.1.2003) anadan olub. İfa etdiyi populyar mahnılar (“Uzaq, yaşıl ada”, “Saçlarına gül düzüm” və s.) bu gün də sevilərək dinlənilir. Müğənnilik fəaliyyəti ilə yanaşı, aktyor kimi 30-dək filmdə (“Telefonçu qız” – Qulam, “Qaraca qız” - Səlim bəy, “Dəli Kür” - kəndli kişi, “Dərviş Parisi partladır” - dərviş Məstəli şah, “Bəyin oğurlanması”  - Amanoğlu və s.) maraqlı rollar oynayıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. 

 

16 iyul 1934 - Azərbaycanın Əməkdar memarı, Dövlət mükafatı laureatı, Beynəlxalq Memarlıq Akademiyasının üzvü Rasim Həsən oğlu Əliyev anadan olub. Bakı şəhərinin baş memarı (1974-1988) işləyib. “Xalqlar dostluğu” metro stansiyasının, bir sıra mədəniyyət saraylarının, Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin (Ömər Eldarovla birlikdə) layihələrinin müəllifidir.

 

16 iyul 1958 – Xalq artisti İlham Təvəkkul oğlu Əsgərov (1958 - 6.9.2015) Masallı rayonunun Xoşcobanlı kəndində doğulub. 1982-ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “Doğma sahillər”, “Biz qayıdacağıq” filmlərində, “Sarıköynəklə Valehin nağılı”, “Fatehlərin divanı” və s. televiziya tamaşalarında çəkilib. Filmlərin səsləndirilməsində iştirak edib, radioda “Bulaq” verilişinin aparıcılarından olub.

 

16 iyul 1958 - Əməkdar artist Vidadi İsmayıl oğlu Həsənov Gəncədə anadan olub. 1990-cı ildən Yuğ teatrında çalışıb. 2016-cı ildən "M. Teatr Production"un bədii rəhbəridir. Çəkildiyi filmlər: “Bəyin oğurlanması”, “Yalan”, “Hökmdarın taleyi”, “Çölçü” (həm də ssenari müəllifi) və s. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

 

Dünya

 

16 iyul 1486 - İntibah dövrünün italyan rəssamı Andrea del Sarto (Andrea del Sarto, 1486-1531) anadan olub.

 

16 iyul 1723 - İngilis rəssamı və incəsənət nəzəriyyəçisi Coşua Reynolds (Joshua Reynolds, 1723-1792) anadan olub. Məşhur əsərləri: “Veneranı kəmərini açan Amur”, “İlanı boğan balaca Herkules” və s.

 

16 iyul 1858 - Belçika bəstəkarı, dirijor Gjen İzai (Eugene Ysaye, 1858-1931) anadan olub.

 

16 iyul 1911 - Amerikalı aktrisa və rəqqasə, «Oskar» mükafatı laureatı Cincer Rocers (Ginger Rogers - əsl adı Virginia Katherine McMath; 1911-1995) anadan olub.

 

16 iyul 1928 – Məşhur rus şairi Andey Dementyev anadan olub. Bir çox populyar mahnıların sözlərinin müəlifidir. Müğənni bə bəstəkar Polad Bülbüloğlu da şairin sözlərinə bir neçə mahnı (“Dostlar”, “Mən insanlarda yalana nifrət edirəm”) yazıb.

 

16 iyul 1928 - Amerika fantast-yazıçısı Robert Şekli (Robert Sheckley, 1928-2005) anadan olub. Əsərləri: “Mütləq silah”, “Planetə bilet”, “Fikrin qoxusu” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi