“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.07.2013, 09:37
1627

18 iyul

A- A+

18 iyul 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı, SSRI Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədov anadan olub...

Azərbaycan

 

18 iyul 1018 - Böyük türk yazarı və dövlət xadimi Nizamülmülk (tam adı Əbu Əli Əl-Həsən ət-Tusi Nizamülmülk, 1018 - 14.10.1092) anadan olub. Səlcuq sultanları Alparslan va Məlikşahın vəziri olub, məşhur "Siyasətnamə" kitabının müəllifidir.

 

18 iyul 1927 - Tanınmış heykəltəraş, Xalq rəssamı, SSRI Rəssamlıq Akademiyasının müxbir üzvü Tokay Məmmədov anadan olub. Üzeyir Hacıbəylinin, İmadəddin Nəsiminin, Məhəmməd Füzulinin (Ömər Eldarovla birlikdə), Koroğlunun Bakıda ucaldılan heykəllərinin müəllifidir. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi kimi gənc heykəltəraşların yetişməsinə öz töhfəsini verib.

 

18 iyul 1932 - Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Azadə Cəfər qızı Rüstəmova аnаdаn оlub.  AMEA-nın Nizami adina Ədəbiyyat İnstitutunun “Nizami” şöbəsinə rəhbərlik edib.

 

Dünya

 

18 iyul 1610 - Dahi italyan rəssamı, Avropa realist rəngkarlığının banisi, barokko üslübunun parlaq nümayəndəsi Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio; 28.9.1573 - 1610) vəfat edib. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.

 

18 iyul 1811 - İngilis yazıçısı Uilyam Tekkerey (William Makepeace Thackeray, 1811-1863) anadan olub. “Şöhrətpərəstlik yarmarkası”, “Snoblar kitabı” və s.

 

18 iyul 1821 - Məşhur fransız opera müğənnisi, rus yazıçısı İvan Turgenevin «ilham pərisi» Polina Viardo-Qarsia (Pauline Viardot-Garcia, 1821-1910) anadan olub.

 

18 iyul 1900 - Rus əsilli fransız yazıçısı Natali Sarrot (Nathalie Sarraute - Nataliya İvanovna Çernyak; 1900-1999) anadan olub. Psixoloji hiss və duyğuları geniş təsvir edın “Naməlum şəxsin portreti”, “Martero”, “Həyat və ölüm arasında” və s. romanların müəllifidir.

 

18 iyul 1925 – Rus yazıçısı Anatoli Ananyev (1925-2001) anadan olub. Əsərləri: “Tanklar romb şəklində gedirlər”, “Müharibəsiz illər”, “Məhəbbət yolları” və s.

 

18 iyul 1938 - Holland əsilli Amerika rejissoru Pol Verxuven (Paul Verhoeven) anadan olub. “Robot-polis”, “Hər şeyi yada salmalı” (baş rolda Arnold Şvarsnegger), “Əsas instinkt” (Maykl Duqlas və Şaron Stoun) filmləri məşhurlaşıb.

 

18 iyul 1942 - Dünya şöhrətli ingilis müğənnisi və bəstəkarı, «The Beatles» qrupunun yaradıcılarından biri Ceyms Pol Makkartni (James Paul McCartney) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi