“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
05.08.2013, 10:03
1691

5 avqust

A- A+

5 avqust 1987 - Məşhur rus aktoyru, SSRİ Xalq artisti Anatoli Papanov vəfat edib...

Azərbaycan

 

5 avqust 1895 - Opera müğənnisi, Xalq artisti Məmmədtağı Abbas oğlu Bağırov (1895 - 16.4.1961) anadan olub. 

 

5 avqust 1918 – Azərbaycanda hərbi donanmanın yarandığı gündür. Həmin gün Rusiya imperiyasının Xəzərdəki hərbi gəmilərinin bazasında Azərbaycan Xalq Cümhuriyyətinin hərbi donanması (6 qayıq və 1 gəmi) təşkil olunub. Prezident Heydər Əliyevin 1996-cı ildə imzaladığı fərmanla 5 avqust Azərbaycanda “Hərbi donanma günü” kimi qeyd olunur.

 

5 avqust 1950 – Yazıçı-publisist Rafiq Nəzir oğlu Tağı (1950-23.11.2011) Masallı rayonunun Xaççobanlı kəndində doğulub. 2006-cı ildə “Sənət” qəzetində dərc olunmuş "Avropa və biz" məqaləsində yer alan fikirlərinə görə, milli, irqi və dini ədavəti qızışdırmaq ittihamı ilə 3 il müddətinə həbs olunub. 2007-ci ilin dekabrında əfv fərmanı ilə həbsdən çıxıb.  2011-ci il noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb, dörd gün sonra xəstəxanada vəfat edib.

 

5 avqust 1958 - Ədəbiyyatşünas alim, professor Məhərrəm Paşa oğlu Qasımlı Tovuz rayonunda anadan olub. Aşıq sənətinə dair araşdırmaların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin I katibi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavinidir.

 

Dünya

 

5 avqust 1844 - Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub. Məşhur əsərləri: “Burlaklar Volqada”, “Sadko sualtı səltənətdə”, “Tövbədən imtina”, “İvan Qroznı və oğlu İvan”, “L.N.Tolstoy” və s.

 

5 avqust 1850 - Görkəmli fransız yazıçısı Gi de Mopassan (Henry Rene Albert Guy de Maupassant; 1850- 6.7.1893) anadan olub. Əsərləri: “Həyat”, “Əziz dost”, “Pyer və Jan”, “Arzu alovu” və s. romanlar, “Mademauzel Fifi”, “Boyunbağı”, ”Məhəbbət təcrübəsi” və s. novellalar.

 

5 avqust 1860 - İngilis rəssamı Luis Ueyn (Louis William Wain, 1860- 1939) anadan olub.

 

5 avqust 1868 - Məşhur rus şərqşünası və tarixçisi Boris Turayev (1868-1920) anadan olub.
 

5 avqust 1898 - Rus-sovet nəğməkar şairi Vasili Lebedev-Kumaç (1898-1949) anadan olub.

 

5 avqust 1901 - Fransız kinorejissoru Klod Otan-Lara (Claude Autant-Lara; 1901-2000) anadan olub. Filmləri: “Qırmızı talvar”, “Qırmızı və qara” (Stendalın eyniadlı romanı üzrə), “Gecə Marqaritası” və s.

 

5 avqust 1906 - Amerika rejissoru Con Hyuston (John Marcellus Huston, 1906-1987) anadan olub. İki dəfə «Oskar» mükafatı laureatıdır: “Kazino Royal” və “Çin məhəlləsi” filmləri.

 

5 avqust 1962 – Məşhur Amerika aktrisası Merilin Monro (Marilyn Monroe - əsl adı Norma Jean Mortenson: 1.6.1926 - 1962) vəfat edib.

 

5 avqust 1987 - Məşhur rus aktoyru, SSRİ Xalq artisti Anatoli Papanov (31.10.1922-1987) vəfat edib. Çəkildiyi filmlər: “Dirilər və ölülər”, “Avtomobildən qorun”, “Brilyant əl”, “12 stul” (rej. M.Zaxarov) və s. Məşhur “Bir dayan” cizgi filmlərində Canavar obrazını səsləndirib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi