“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
12.08.2013, 10:31
1450

12 avqust

A- A+

12 avqust 1926 - Xalq şairi Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev) anadan olub...

Azərbaycan

 

12 avqust 1880 – Tanınmış dilçi alim, jurnalist Fərhad Rasim oğlu Ağazadə (1880-1931) anadan olub.

 

12 avqust 1921 - Görkəmli yazıçı Ələviyyə Hənifə qızı Babayeva (1921 - 23.9.2014) anadan olub. "Mənim müəllimim", "Kənd yolları", “Sehrli pillələr" və s. kitabların, "Adamlar və talelər", “Haradasan dost, harada”, “Bəlkə, sabah olmadı”, “Səni axtarıram”, “Sönmüş ulduzların işığı” və s. romanların müəllifidir. Uşaq və gənclərin həyatından bəhs edən əsərləri dünyanın bir sıra dillərinə tərcümə olunub.

 

12 avqust 1923 - Tərcüməçi Kamil Həsən oğlu Məmmədov (1923-1989) Bakıda anadan olub. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümə etdiyi pyeslər respublika teatrlarında tamaşaya qoyulub.

 

12 avqust 1926 - Xalq şairi Qabil (Qabil Allahverdi oğlu İmamverdiyev; 1926 – 3.4.2007) anadan olub. Kitabları: “Mənim mavi Xəzərim”, “Ömrüm boyu”, “Nəsimi”, “Ömrün həbləri”, “İlahi qisməti” və s. Respublika Dövlət mükafatı (1976), "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif olunub.

 

12 avqust 1942 - Tarixçi, jurnalist və publisist Şəmistan Nəzərli anadan olub. Azərbaycanın hərb tarixi, tanınmış azərbaycanlı generalların həyatına dair kitabların müəllifidir.

 

12 avqust 1943 - Ədəbiyyatşünas, tənqidçi İntiqam Böyükağa oğlu Qasımzadə Şuşa şəhərində doğulub. "Bayatı" ədəbi televiziya almanaxının müəllifi olub, "Azərbaycan" jurnalının baş redaktorudur (1997-ci ildən). Rus dilindən tərcümələr edir. Ssenarisi əsasında bir neçə cizgi filmi və sənədli film çəkilib.

 

12 avqust 1954 – Tanınmış ədəbiyyatşünas alim, professor, yazıçı-publisist, Əməkdar incəsənət xadimi, Milli Elmlər Akademiyasının həqiqi üzvü Rafael Baba oğlu Hüseynov anadan olub. “Vaxtdan uca”, “1002-ci gecə”, “Məhsəti necə varsa” və s. populyar kitabların, dərslik və monoqrafiyaların müəllifidir. AMEA-nın Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Milli Məclisin deputatıdır.

 

12 avqust 1967 – Əməkdar artist, Prezident mükafatçısı Mehriban Aslan qızı Xanlarova  Bakıda anadan olub. Akademik Milli Dram Teatrının aktrisasıdır. “Qəzəlxan", “Sahilsiz gecə”, “Məhkumlar” və s. filmlərdə çəkilib.

 

Dünya

 

12 avqust Beynəlxalq Gənclər Günüdür (International Youth Day). 1998-ci ilin 8-12 avqustunda Lissabonda (Portuqaliya) keçirilmiş dünya gənclər nazirlərinin I toplantısının tövsiyəsi əsasında BMT Baş Assambleyası tərəfindən (17 dekabr 1999) təsis edilib.

 

12 avqust 1866 - İspan dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı (1922) laureatı Хasinto Benavente-i-Martines Jacinto Benavente Martínez (1866-1954) anadan olub. "Məşhur adamlar", "Qubernatorun хanımı", "Şənbə gecəsi", "Yaхşı məhəbbətin dərsləri" və s. pyeslərin müəllifidir.

 

12 avqust 1881 - Amerika rejissoru, «Paramaunt pikçerz» kinoşirkətinin qurucusu Sesil Blaunt de Mill (Cecil Blount de Mille; 1881-1959) anadan olub.

 

12 avqust 1881 - Rus rəssamı, SSRİ Rəssamlar İttifaqının sədri Aleksandr Gerasimov (1881-1963) anadan olub.

 

12 avqust 1907 — Tanınmış rus kinorejissoru Aleksandr Stolper (1907-1979) anadan olub. Filmləri: “Bizim şəhərli oğlan”, “Əsl insan haqqında povest”, “Dirilər və ölülər” və s.

 

12 avqust 1955 – Görkəmli alman (yəhudi əsilli) yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 6.6.1875 - 1955) vəfat edib. İntellektual nəsrin ustası olub. Əsərləri: “İosif və onun qardaşları” tetralogiyası, “Buddenbroklar”, “Doktor Faustus” romanları və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi