“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.08.2013, 09:45
1426

31 avqust

A- A+

31 avqust 2000 – Tanınmış şair, publisist Şahmar Əkbərzadə vəfat edib...

Azərbaycan

 

31 avqust 1863 - Tanınmış maarifçi, yazıçı-dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) Şəkidə anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin - "Uşaq bağçası" ("Əlifba") və "Bəsirətülətfal" adlı qiraət kitabının müəllifidir. "Qan ocağı", "Saqqalın kəraməti", "Qonşu-qonşu olsa, kor qız ərə gedər", "Pul dəlisi", "Diş ağrısı" və s. pyeslərin müəllifidir.

 

31 avqust 1927 - Şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun (İsgəndər Məmməd oğlu Hümmətov;  1927-1996) anadan olub. 

 

31 avqust 1968 — Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939, Təbriz - 1968) vəfat edib. "Ulduz və qarğalar", "Çuğundursatan oğlan", "Balaca qara balıq" və s. hekayə və nağıllar kitabının müəllifidir. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib.

 

31 avqust 1993 – Ermənistanın silahlı qüvvələri Azərbaycanın Qubadlı rayonunu işğal ediblər. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Rayonun ərazisi 802 kv km, əhalisi isə işğal zamanı 31 min nəfər idi. İşğal nəticəsində Qubadlı şəhəri və rayonun 93 kəndi bir neçə günün içində Ermənistan silahlı qüvvələrinin əlinə keçib.

 

31 avqust 2000 – Tanınmış şair, publisist Şahmar Əkbərzadə (28.12.1941, Ağdam, Çəmənli – 2000) vəfat edib. "Həsrət qoxlayıram çiçək yerinə", "Mərkəzi poçtxana", "48 ölçülü qadın paltarı", "Tüstümüz", "Tikan, gəl öpüşək", "Salam de" və s. şeirlərin müəllifidir. “Mədəniyyət” qəzetinin baş redaktoru (1991-2000) olub.

 

Dünya

 

31 avqust 1749 - Rus yazıçısı Aleksandr Radişşev (1749-1802) anadan olub. “Peterburqdan Moskvaya səyahət” inqilabi romanının müəllifidir.

 

31 avqust 1811 - Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier, 1811-1872) anadan olub. Romanları: “Gənc Fransa”, “Madmazel Mopen” və s.

 

31 avqust 1897 - Amerika aktyoru, iki dəfə «Oskar» laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897-1975) anadan olub. Filmləri: “Doktor Cekil və cənab Hayd”, “Anna Karenina”, “Mayda yeddi gün” və s.

 

31 avqust 1941 – Görkəmli rus şairi, yazıçı Marina Svetayeva (8.10.1892 - 1941) vəfat edib. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Mənim Puşkinim”, “Əsir ruh” (nəsr əsərləri) və s.

 

31 avqust 1949 – İngilis-irland əsilli məşhur Amerika kinoaktyoru Riçard Gir (Richard Tiffany Gere) anadan olub. Filmləri: “Ameliya”, “Doktor “T” və onun qadınları”, “Qaçmış gəlin”, “Birinci cəngavər”, “Gözəlçə”, “Çaqqal”, “Çikaqo”, “Gəl, rəqs edək” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi