“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.08.2013, 10:23
1655

17 avqust

A- A+

17 avqust 1942 - Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev Bakıda anadan olub...

Azərbaycan

 

17 avqust 1933 - Ədəbiyyatşünas alim, professor Şamil Məmməd oğlu Salmanov (1933-2006) anadan olub. İkicildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi"nin, "Ədəbiyyat" dərsliyinin həmmüəllifidir.

 

17 avqust 1942 - Dünya şöhrətli Azərbaycan müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayev (1942 – 25.10.2008) Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, 1969-cu ildə Sopotda (Polşa) beynəlxalq mahnı festivalında ilk mükafatını qazanıb. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Populyar mahnıların, o cümlədən Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Azərbaycan” (“Baharlı yurdum”) mahnısının müəllifidir. Rejissor Eldar Quliyevin “Nizami” filmində baş rola çəkilib, “Gümüşgöl əfsanəsi”, “İstanbul reysi” filmlərinə musiqi yazıb. Azərbaycanın “Şöhrət”, “İstiqlal” ordenləri ilə təltif edilib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.

 

17 avqust 1943 – Xalq artisti, müğənni İlhamə Məzahir qızı Quliyeva Bakıda anadan olub. Dövlət Teleradio Verilişləri Şirkəti estrada orkestrinin, Dövlət Filarmoniyasının, Qastrol-Konsert Birliyinin solisti olub. "Şöhrət" ordeni ilə (2002) təltif edilib.

 

17 avqust 1950 – Tanınmış aktyor, Əməkdar artist Ənvər Həsənov Bakıda doğulub. Kinoda yaddaqalan obrazlar yaradıb. Çəkildiyi filmlər: “Uşaqlığın son gecəsi”, “Yeddi oğul istərəm”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Gözlə məni”, “Qanlı zəmi”, “Cavad xan” və s.

 

17 avqust 1950 – Xalq artisti Cəfər Namiq Kamal (Əhmədov) Bakıda doğulub. 1972-ci ildə Gənc Tamaşaçılar Teatrında fəaliyyətə başlayıb. 1996-cı ildən Akademik Milli Dram Teatrında çalışır. Teatrla yanaşı, televiziya tamaşalarında da maraqlı rollar oynayıb. “Yalan”, “Yük”, “Günaydın, mələyim!” filmlərində çəkilib. 

 

Dünya

 

17 avqust 1935 - Rus teatr və kino aktyoru, rejissor, SSRİ Xalq artisti Oleq Tabakov anadan olub. Çexov adına Moskva Bədaye Teatrına rəhbərlik edir. 100-dən çox filmdə çəkilib: “Hərb və sülh”, “Baharın on yeddi anı”, “D’Artanyan və üç muşketyor” və s.

 

17 avqust 1941 - Rus aktyoru və rejissoru, SSRİ Xalq artisti Nikolay Qubenko anadan olub. SSRİ-nin sonuncu (1989-1991) mədəniyyət naziri olub.

 

17 avqust 1943 - Amerika kinoaktyoru, rejissor və prodüser Robert de Niro anadan olub. Məşhur filmləri: “Xaç atası-2” (“Oskar” mükafatı), “Bir dəfə Amerikada”,  “Qudurmuş öküz” (“Oskar”), “Taksi sürücüsü” və s.

 

17 avqust 1960 - Amerika kinoaktyoru Şon Penn (Sean Justin Penn) anadan olub. Filmləri: “Karlitoya yol”, “Sirli çay” (“Oskar” mükafatı, 2004), “Harvi Milk” (“Oskar”, 2009) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi