“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.08.2013, 10:16
1721

26 avqust

A- A+

26 avqust 1964 – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Arif qızı Əliyeva anadan olub...

Azərbaycan

 

26 avqust 1892 – Görkəmli yazar, jurnalist, ictimai-siyasi xadim Seyid Cəfər Pişəvəri (1882 – 12.6.1947) Cənubi Azərbaycanın Xalxal mahalının Zeyvə kəndində anadan olub. 1945-1946-cı illərdə İranda azərbaycanlıların milli hərəkatına başçılıq edib. Milli hərəkatın süqutundan sonra sovet Azərbaycanına mühacirət edib və burada müəmmalı şəkildə həlak olub.

 

26 avqust 1921 - Azərbaycan SSR Xalq Komissarları Soveti Dövlət Konservatoriyasının təşkili haqqında dekret verib.

 

26 avqust 1949 – Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadə Lənkəran rayonunun Cil kəndində anadan olub. Buxara və Daşkənddə dini təhsil alıb. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib, Şeyx-ül-islam dərəcəsinə yüksəlib. 1992-ci ildə Azərbaycan, Gürcüstan və Şimali Qafqaz din xadimlərinin toplantısında Qafqaz xalqlarının Ali Dini Şurasının sədri seçilib.

 

26 avqust 1964 – Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Arif qızı Əliyeva anadan olub. 2004-cü ildən UNESCO-nun, 2006-cı ildən İslam Konfransı Təşkilatının elm, təhsil və mədəniyyət üzrə qurumu olan İSESCO-nun Xoşməramlı səfiridir. 2005 və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Azərbaycan Mədəniyyət Fonduna rəhbərlik edir. Fəlsəfə elmləri namizədidir. Bir sıra ölkələrin və beynəlxalq təşkilatların mükafatlarına layiq görülüb. 

 

Dünya

 

26 avqust 1880 — İtalyan-polyak əsilli məşhur Fransa şairi Qiyom Apolliner (Guillaume Apollinaire - Wilhelm Albert Vladimir Apollinaris de Wąż-Kostrowitcki; 1880-1918) anadan olub. Əsərləri: “Həyatı məhəbbətə həsr etmək”, “Mirabo körpüsü” və s.

 

26 avqust 1913 — Rus yazıçısı Aleksandr Çakovski (1913-1994) anadan olub. “Blokada”, “Qələbə” və s. romanların müəllifidir.

 

26 avqust 1914 - Argentina yazıçısı və şairi Xulio Kortasar (Julio Florencio Cortazar; 1914-1984) anadan olub. Əsərləri: "Uduş", "Sonuncu raund", "Manuelin kitabı" və s.

 

26 avqust 1941 - Fransız kinorejissoru Barbet Şröder (Barbet Schroeder) anadan olub. Filmləri: “Taleyin əks üzü”, “Təhna bəyaz qadın”, “Ölüm öpüşü” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi