“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.08.2013, 10:38
1897

30 avqust

A- A+

30 avqust 1984 – Görkəmli müğənni, Xalq artisti Rubabə Muradova vəfat edib...

Azərbaycan

 

30 avqust 1940 - Yazıçı-jurnalist Əhməd İsayev Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Tarixi, sənədli publisistik əsərlərin, “Boş barılar" pyesinin müəllifidir.

 

30 avqust 1984 – Görkəmli müğənni, Xalq artisti Rubabə Muradova (22.3.1933 - 1984) vəfat edib. Dövlət Opera və Balet Teatrının solisti olub. Leyli ("Leyli və Məcnun"), Əsli ("Əsli və Kərəm", Ü.Hacıbəyli), Şahsənəm ("Aşiq Qərib", Z.Hacıbəyov) və başqa partiyaları ifa edib.

 

30 avqust 1991 - Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edib. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı.

 

Dünya

 

30 avqust 1748 – Fransız rəssamı Jak Lui David (Jacques-Louis David, 1748-1825) anadan olub. Məşhur rəsmləri: “Maratın ölümü”, “Horasilərin andı”.

 

30 avqust 1860 - Məşhur rus rəssamı İsaak İliç Levitan (1860-1900) anadan olub. Peyzaj ustası kimi tanınıb. Əsərləri: “Ağcaqayın meşəsi”, “Göl” və s.

 

30 avqust 1887 - Amerika yazıçısı, fantastik seriallar müəllifi Rey Kamminqs (Raymond King Cummings, 1887-1957) anadan olub.

 

30 avqust 1972 - Amerika aktrisası və top modeli Kameron Dias (Cameron Michelle Diaz) anadan olub. Filmləri: “Ən yaxşı dostumun toyu”, “Məzuniyyət mübadiləsi”. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi