2 sentyabr

2 sentyabr 1926 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov anadan olub...
Azərbaycan
2 sentyabr 1909 - Nasir, dramaturq Rza Nəbi oğlu Şahvələd (1909-2.7.1984) anadan olub.
2 sentyabr 1949 – Bəstəkar İsmayıl Soltan oğlu Hacıbəyov anadan olub. "Füruzə" operasının, romansların, digər musiqi əsərlərinin müəllifidir.
2 sentyabr 1954 - Bakıda Televiziya Mərkəzinin təməli qoyulub. Bakı Televiziyası 1956-cı il fevralın 14-də fəaliyyətə başladı.
Dünya
2 sentyabr 1852 - Fransız yazıçısı Pol Burje (Paul Charles Joseph Bourget, 1852-1935) anadan olub. Psixoloji romanların müəllifidir: “Andre Korneli”, “Şagird”, “Qadın ürəyi”, “Paris əxlaqından oçerklər”.
2 sentyabr 1926 - Görkəmli rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926-1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “ Uğur centlemenləri”, “Mimino”, “ Payız marafonu” və s.
2 sentyabr 1935 – Məşhur aktyor, Rusiyanın Xalq artisti Valentin Qaft (1935 - 12.12.2020) anadan olub. Filmləri: “Qaraj”, “Salam, mən sizin xalanızam”, “Fleyta üçün unudulmuş melodiya” və s.
2 sentyabr 1964 - Amerika kinoaktyoru Kianu Rivz (Keanu Charles Reeves) anadan olub. Filmləri: “Sürət”, “Göl yaxınlığında ev” (Sandra Ballokla çəkilib), “Balaca Budda”, “Matrisa” və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: