“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.09.2013, 09:29
1730

28 sentyabr

A- A+

28 sentyabr 1978 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayev vəfat edib...

Azərbaycan

 

28 sentyabr 1978 - Görkəmli yazıçı, ədəbiyyatşünas alim, professor Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908, Ərdəbil – 1978) vəfat edib. Azərbaycan (Bakı) Dövlət Universitetinin professoru olub. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz hayanadır”, “Yaşıdlarım” romanlarının, povest və hekayələrin, “Azərbaycanda ədəbi məktəblər" monoqrafiyasının müəllifidir.

  

Dünya

 

28 sentyabr 1573 - Dahi italyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio, 1573 - 18.7.1610) anadan olub. Məşhur əsərləri: “Yudif və Olofern”, “Tövbə edən Mariya Maqdalina”, “David və Qoliaf”, “Müqəddəs Pyotrun əzabkeşliyi” və s.

 

28 sentyabr 1803 - Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee, 1803-23.9.1870) anadan olub. "IX Karl zamanının xronikası" romanı, "Jakeriya" pyesi, povest və novellaların müəllifidir. "Karmen" novellası əsasında Jorj Bize eyniadlı məşhur operanı yazıb. Yazıçının "Matteo Falkone" novellası əsasında Azərbaycan rejissoru Tofiq Tağızadə eyniadlı film çəkib (1960).

 

28 sentyabr 1897 - Qazax yazıçısı Muxtar Auezov (1897-1961) anadan olub.

 

28 sentyabr 1906 - Rus-sovet yazıçısı, ssenarist və dramaturq Aleksandr Şteyn (1906-1993) anadan olub.

 

28 sentyabr 1915 - Məşhur rus teatr rejissoru Georgi Tovstonoqov (1915-1989) anadan olub.

 

28 sentyabr 1916 - İngilis aktyoru, «Oskar» laureatı Piter Finç (Frederick Peter Ingle-Finch, 1916-1977) anadan olub.

 

28 sentyabr 1924 - Dünya şöhrətli italyan aktyoru Marçello Mastroyani (Marcello Vincenzo Domenico Mastroianni, 1924-1996) anadan olub. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s.

 

28 sentyabr 1934 - Məşhur fransız aktrisası Bricitt Bardo (Brigitte Bardot - Camille Javal) anadan olub.

 

28 sentyabr 1952 - Holland kinoaktrisası Silviya Kristel (Sylvia Kristel) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi