“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.10.2013, 09:09
1501

28 oktyabr

A- A+

28 oktyabr 1911 - Xalq yazıçısı, dramaturq, ictimai xadim, akademik Mirzə İbrahimov anadan olub...

Azərbaycan

 

28 (köhnə təqvimlə 15) oktyabr 1911 - XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, dramaturq, ictimai xadim, akademik Mirzə Əjdər oğlu İbrahimov (1911 - 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə Bakıya gəlib. «Gələcək gün», «Böyük dayaq» romanlarının, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), SSRİ-nin Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsinin sədri olub. Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib. Sosialist Əməyi Qəhrəmanı (1981) adına layiq görülüb.

 

28 oktyabr 1941 - Kinooperator Vaqif Muradov anadan olub. Filmləri: “Uşaqlığın son gecəsi” (operator assistenti), “Yuxu” (ikinci operator) və s. “Mozalan” kinojurnalının bir çox buraxılışlarının operatoru olub.

 

28 oktyabr 1946 - Kulturoloq, tarix elmləri doktoru, professor Fuad Teyyub oğlu Məmmədov anadan olub. “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidentidir.

 

Dünya

 

28 oktyabr Beynəlxalq animasiya günüdür (International Animation Day). 2002-ci ildə Beynəlxalq Animasiya Kinosu Assosiasiyası tərəfindən təsis olunub. 1892-ci ilin 28 oktyabrında fransalı ixtiraçı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib.

 

28 oktyabr 1903 - İngilis yazıçısı İvlin Vo (Evelyn Arthur St. John Waugh, 1903-1966) anadan olub.

 

28 oktyabr 1936 - Məşhur ukraynalı teatr rejissoru, Ukrayna və Rusiyanın Xalq artisti Roman Vityuk anadan olub.

 

28 oktyabr 1957 - Türkiyəli (kürd əsilli) müğənni, bəstəkar Əhmət Qaya (1957, Malatya - 16.11.2000, Paris) anadan olub.

 

28 oktyabr 1967 - Amerika kinoaktrisası Culiya Roberts (Julia Roberts) anadan olub. Filmləri: “Gözəlçə”, “Düşmənlə yataqda”, “Ən yaxın dostun toyu”, “Erin Brokoviç” (“Oskar” mükafatı, 2000) və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi