6 oktyabr
6 oktyabr 1956 - Tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı Cəlilabad rayonunun Tahirli kəndində doğulub...
Azərbaycan
6 oktyabr 1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Dağlıq Qarabağ Muxtar Vilayətinin erməni əhalisinin müraciətini nəzərə alaraq vilayətin mərkəzi olan Xankəndi qəsəbəsinin adının dəyişdirilərək Stepanakert adlandırılması barədə qərar qəbul edib.1923-cü il iyulun 7-də Azərbaycan SSR tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasından sonra Xankəndinin adının dəyişdirilməsi əslində bölgənin erməniləşdirilməsinin başlanğıcı idi.
6 oktyabr 1956 - Tanınmış aktyor, Xalq artisti Nurəddin Mehdixanlı (Nurəddin Əzulla oğlu Quliyev) Cəlilabad rayonunun Tahirli kəndində doğulub. 1978-ci ildən Akademik Milli Dram Teatrında çalışır. “İşarəni dənizdən gözləyin”, “Məhkumlar”, “Cavad xan”, “İlahi məxluq” filmlərində çəkilib.
6 oktyabr 1975 - Bakıda Səməd Vurğunun ev-muzeyi açılıb.
Dünya
6 oktyabr “Dünya təbii yaşayış məskənlərinin mühafizəsi günü”dür. 1979-cu ildə Avropa Şurasının “Flora və faunanın, təbii yaşayış məskənlərinin qorunması haqqında Bern konvensiyası”nın əsasında təsis edilib.
6 oktyabr 1882 - Polyak bəstəkarı və pianoçusu Karol Şimanovski (Karol Maciej Szymanowski, 1882-1937) anadan olub.
6 oktyabr 1887 - Fransa-İsveçrə memarı, memarlıqda modernizmin banilərindən biri, rəssam və yazıçı Şarl Eduar le Korbüze (Charles Edouard Le Corbusier - Charles Edouard Jeanneret-Gris, 1887-1965) anadan olub.
6 oktyabr 1900 - Məşhur gürcü aktrisası, SSRİ Xalq artisti Veriko Ancaparidze (1900 - 31.1.1987) anadan olub. Azərbaycanda “Onu bağışlamaq olarmı?” filmində (Ana) çəkilib.
6 oktyabr 1914 - Dünya şöhrətli Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (Thor Heyerdahl, 1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib. Alimin vikinqlərin (qədim norveçlilər) köklərinin Azərbaycanla bağlı olması barədə fikri elmi dairələrdə böyük rezonans doğurub.
6 oktyabr 1923 - Məşhur Türkiyə yazıçısı, şair Yaşar Kamal (Kamal Sadık Gökceli; 1923 - 28.2.2015) anadan olub. "İncə Memed", "Tənəkə", "Yağmurcuq quşu", "İlanı öldürsələr", "Qanın səsi" romanları, "Sarı hərarət" hekayələr toplusu və s. əsərlərin müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.
6 oktyabr 1940 - Məşhur Litva aktyoru Yuozas Budraytis (Juozas Budraitis) anadan olub. Filmləri: “Heç kim ölmək istəmirdi”, “Qalxan və qılınc”.
6 oktyabr 1940 – Rusiyanın Xalq artisti, məşhur aktyor Viktor Pavlov (1940-2006) doğum günüdür. Filmləri: “I əməliyyatı və başqa Şurikin macəraları”, “Görüş yerini dəyişmək olmaz”.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: