“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
03.10.2013, 09:04
1829

3 oktyabr

A- A+

3 oktyabr 1996 - Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyev vəfat edib...

Azərbaycan

 

3 oktyabr “Türkdilli xalqların həmrəyliyi günü”dür. 2010-cu il sentyabrın 16-da türkdilli dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında təsis olunub.

 

3 oktyabr 1875 - Görkəmli yazıçı-dramaturq Süleyman Sani Axundov (1875 - 29.3.1939) Şuşada anadan olub (Bəzi mənbələrdə təvəllüd tarixi 21 oktyabr göstərilir). «Qorxulu nağıllar» toplusu Azərbaycan uşaq ədəbiyyatının klassikası sayılır. «Laçın yuvası», «Eşq və intiqam», «Şahsənəm və Gülpəri», «Tamahkar», «Bir eşqin nəticəsi» və s. pyeslərin müəllifidir.

 

3 oktyabr 1887 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (1887 - 14.11.1967) anadan olub. "Arşın mal alan" (1945) filmində Soltan bəy obrazı ilə tanınıb. Bu rolu teatrda 600 dəfə ifa edib. “Almaz”, “Kölgələr sürünür”, “Qara daşlar”, “Ögey ana” və s. filmlərdə çəkilib.

 

3 oktyabr 1972 - Azərbaycanda Zaqafqaziya Sovet Sosialist Respublikalarının «Ədəbiyyat və incəsənət oncünlüyü» (3-10 oktyabr) başlanıb.

 

3 oktyabr 1996 - Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyev (26.5.1914, Füzuli - 1996) vəfat edib. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, «Atayevlər ailəsi», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani» və s. pyeslərin müəllifidir.

 

Dünya

 

3 oktyabr 1867 - Fransız impressionist rəssamı Pyer Bonner (Pierre Bonnard, 1867-1947) anadan olub.

 

3 oktyabr 1873 - Rus yazıçısı Vyaçeslav Şişkov (1873-1945) anadan olub.

 

3 oktyabr 1895 – Məşhur rus şairi Sergey Yesenin (1895 - 27.12.1925) anadan olub. 1924-cü ildə Bakıda yaşayıb. Mərdəkan qəsəbəsində şairin xatirə muzeyi var.

 

3 oktyabr 1897 - Fransız şairi, ədəbiyyatda sürrealizmin banisi Lui Araqon (Louis Aragon - Louis-Marie Andrieux, 1897-1982) anadan olub.

 

3 oktyabr 1900 - Amerika yazıçısı Tomas Vulf (Thomas Clayton Wolfe, 1900-1938) anadan olub.

 

3 oktyabr 1919 - Məşhur Litva şairi Eduardas Mejelaytis (Eduardas Miezelaitis, 1919-1997) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi