“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.10.2013, 10:09
1177

4 oktyabr

A- A+

4 oktyabr 2000 - Görkəmli bəstəkar, pianoçu, Xalq artisti Tofiq Quliyev vəfat edib...

Azərbaycan

 

4 oktyabr 1895 - Məşhur sovet kəşfiyyatçısı, Sovet İttifaqı Qəhrəmanı Rixard Zorge (1895-1944) Bakıda  alman ailəsində anadan olub. 1941-ci ildə Yaponiyada həbs olunub, 1944-cü ildə öldürülüb.

 

4 oktyabr 1923 - Məşhur sovet aktyoru, Azərbaycanın Xalq artisti Anatoli Solomonoviç Falkoviç (1923-1994) Bakıda doğulub. S.Vurğun adına Rus Dram Teatrında çalışıb. “Azərbaycanfilm”də “Qatır Məmməd”, “Bakıda küləklər əsir” və s. filmlərdə çəkilib.

 

4 oktyabr 1924 - Tanınmış opera müğənnisi, aktrisa Sona Aslanova (1924 – 9.3.2011) anadan olub. Opera səhnəsində Gülçöhrə (“Arşın mal alan”), Nigar (“Koroğlu”) və s. rolları məharətlə oynayıb. “Telefonçu qız”, “Bizim Cəbiş müəllim”, “Görüş” və s. filmlərdə çəkilib. Ömrünün son illərini ABŞ-da yaşayıb və orada dünyasını dəyişib.

 

4 oktyabr 1956 - Rəssam, sənətşünas Rafiq Məhərrəm oğlu Quliyev Cəbrayıl rayonunun Quycaq kəndində anadan olub. Beynəlxalq və ümumittifaq festivalların laureatı, təsviri sənətə aid bir neçə kitabın müəllifidir. Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzdə İncəsənət bilikləri şöbəsinə rəhbərlik edir. 

 

4 oktyabr 1957 – Tanınmış balaban ifaçısı Məhərrəm Ağabala oğlu Mövsümov (1916-1957) vəfat edib.

 

4 oktyabr 1975 – Akademik Milli Dram Teatrının aktrisası, Əməkdar artist Vəfa Zeynalova anadan olub. “İlahi məxluq” bədii, “Bəyaz həyat”, “Yanmış körpülər” və s. televiziya filmlərində çəkilib.

 

4 oktyabr 2000 - Görkəmli bəstəkar, pianoçu, dirijor, Xalq artisti, Azərbaycan estrada musiqisinin banilərindən biri Tofiq Quliyev (7.11.1917-2000) vəfat edib. Populyar mahnıların müəllifidir. “Səbuhi”, “Bəxtiyar”, “Görüş”, “Ögey ana”, “Onu bağışlamaq olarmı?”, “Qızmar günəş altında”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə, tamaşalara musiqi bəstələyib. Azərbaycan Bəstəkarlar İttifaqının sədri olub. 

 

4 oktyabr 2006 - Xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırov (12.6.1933 - 2006) vəfat edib. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996-2006-cı illərdə teatra rəhbərlik edib. Filmləri: "Ulduz", "Qanun naminə”, "Onun bəlalı sevgisi", "Alma almaya bənzər", "Şirbalanın məhəbbəti". 
 

Dünya

 

4 oktyabr 1582 - Roma Papası XIII Qriqorinin qərarı ilə Avropada yeni təqvimə keçid başlanıb. Qriqorian təqvimi adını alan yeni təqvim köhnədən 10 gün irəli (4 oktyabrından sonra təqvimdə növbəti gün 15 oktyabr oldu) idi. Azərbaycanda yeni təqvimə keçid 1918-ci ildə baş verib

 

4 oktyabr 1720 - İtalyan arxeoloqu, rəssam və memar Covanni Batista Piranezi (Giovanni Battista Piranesi, 1720-1778) anadan olub.

 

4 oktyabr 1814 - Fransız rəssamı Jan Mille (Jean-François Millet, 1814-1875) anadan olub.

 

4 oktyabr 1816 - Fransız şairi, «İnternasional» himninin sözlərinin müəllifi Ejen Potye (Eugene Edine Pottier, 1816-1887) anadan olub.

 

4 oktyabr 1847 - Fransız yazıçısı Lui Anri Bussenar (Louis Henri Boussenard, 1847-1910) anadan olub.

 

4 oktyabr 1946 - Amerika aktrisası, «Oskar» laureatı Süzan Sarandon (Susan Sarandon - Susan Abigail Tomalin) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

 

Xəbərlər
Redaktorun seçimi