22 oktyabr
22 oktyabr 1870 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1933) laureatı İvan Alekseyeviç Bunin anadan olub...
Azərbaycan
22 oktyabr 1919 - Bəstəkar Ərtoğrul Hüseyn oğlu Cavid (1919 - 14.10.1943) anadan olub. Nizaminin “Sevgili yar gəlmiş idi” qəzəlinə, Nigar Rəfibəylinin “Eşq olsun” şeirlərinə romans və mahnılar bəstələyib. Azərbaycan xalq mahnılarını nota salıb.
22 oktyabr 1920 - Nasir Məmməd Aranlı (Məmməd Salman oğlu Ağayev; 1920-1950) Ağcabədi kəndində anadan olub.
22 oktyabr 1921 – Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921 – 1.3.2005) Qərbi Azərbaycanda, İrəvan şəhərində doğulub.
22 oktyabr 1940 - Əməkdar jurnalist, tərcüməçi, publisist Mailə Muradxanlı (1940 - 12.6.2010) anadan olub.
22 oktyabr 1970 - Azərbaycanda kukla teatrının yaradıcılarından biri, aktyor, rejissor Molla Ağa Bəbirli (15.9.1905 - 1970) vəfat edib. “O olmasın, bu olsun” (hamam sahibi Məşədi Qəzənfər), “ Bir məhəllədən iki nəfər”, “Sehrli xalat” filmlərində çəkilib.
Dünya
22 oktyabr 1811 - Görkəmli macar bəstəkarı Ferens List (Ferenc Liszt; 1811 – 31.7.1886) anadan olub. Məşhur əsərləri: “Faust” simfoniyası, “Macar” rapsodiyası, “Prelüdlər”.
22 oktyabr 1844 – Yəhudi əsilli məşhur Fransa aktrisası Sara Bernar (Sarah Bernhardt - Henriette Rosine Bernard, 1844-1923) anadan olub.
22 oktyabr 1869 - Rus impressionist rəssamı Filipp Andreyeviç Malyavin (1869-1940) anadan olıub.
22 oktyabr 1870 - Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1933) laureatı İvan Alekseyeviç Bunin (1870 - 8.11.1953) anadan olub. 1920-ci ildə Fransaya mühacirət edib. Əsərləri: “Qafqaz”, “Lənətlənmiş günlər”, “Arsenyevin həyatı”, “Günəş zərbəsi”, “Qaranlıq xiyabanlar” (hekayələr).
22 oktyabr 1919 - İngilis fantast yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (2007) laureatı Doris Lessinq (Doris Lessing) İranın Kirmanşah. şəhərində doğulub. Atası İrandakı ingilis ordusunun zabiti olub. Əsərləri: “Kanopus Arqosda” romanlar seriayası, “Beşinci uşaq”, “Nəcib terrorçu” və s.
22 oktyabr 1925 - Amerika rəssamı, pop-art cərəyanının banilərindən biri Robert Rauşenberq (Robert Milton Ernest Rauschenberg; 1925-2008) anadan olub.
22 oktyabr 1935 – Tanınmış Ukrayna şairi, publisist Boris Oleynik anadan olub.
22 oktyabr 1943 - Məşhur fransız aktrisası Katrin Denev (Catherine Deneuve) anadan olub. Filmləri: “Şerbur çətirləri”, “Roşforlu qız” , “Gündüz gözəli” və s.
22 oktyabr 1943 - Tanınmış Niderland kinorejissoru Yan de Bont (Jan de Bont) anadan olub. Filmləri: “Sürət”, “Qodzilla” və s.
22 oktyabr 1946 - İtaliyalı müğənni, 60-70-cı illərdə böyük populyurlıq qazanmış Robertino Loretti (Robertino Loretti) anadan olub.
22 oktyabr 2001 - Məşhur rus aktyoru, SSRİ Xalq artisti Georgi Vitsin (18.4.1917 - 2001) vəfat edib. Məşhur filmlıəri: ““Qafqaz əsiri”, “I” əməliyyatı”, “Uğur centlmenləri”, “Balzaminovun evlənməsi və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: