“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.12.2013, 09:46
1246

19 dekabr

A- A+

19 dekabr 1921 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq rəssamı Mikayıl Abdullayev anadan olub...

Azərbaycan

 

19 dekabr 1921 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, SSRİ Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının akademiki Mikayıl Hüseyn oğlu Abdullayev (1921 - 21.8.2002) anadan olub. Müxtəlif janrlarda yaratdığı əsərlər dünyanın muzey və qalereyalarında nümayiş olunur. Dövlət mükafatına, “Hindistan” silsiləsindən rəsmlərinə görə Beynəlxalq Nehru mükafatına layiq görülüb. Əsərləri: “Mingəçevir işıqları”, “Çəltikçi qızlar”, “İmadəddin Nəsimi”, “Səməd Vurğun” və s. Bakı metrosunun “Nizami” stansiyasının bədii tərtibatını verib.

 

19 dekabr 1943 - Bəstəkar, Əməkdar incəsənət xadimi, professor Fərəc Qara oğlu Qarayev anadan olub. Simfonik orkestr üçün əsərlərin müəllifidir. 1999-cu ildə "Humay" mükafatına layiq görülüb.

 

19 dekabr 1947- Əməkdar incəsənət xadimi, rejissor, dramaturq Rəhman Balarza oğlu Əlizadə (1947 - 16.3.2013) Bakıda doğulub. Gənclər Teatrının, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru olub.

 

19 dekabr 1950 - Xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova (1950-17.11.2006) anadan olub. Gənc Tamaşaçılar Teatrında çıxış edib. Kinoda, televiziya tamaşalarında (“Bala başabəla”, “Ordan burdan”) yaddaqalan obrazlar yaradıb.

 

19 dekabr 1969 - Məşhur pianoçu, caz ifaçı, bəstəkar Əzizə Vaqif qızı Mustafazadə anadan olub. 1995-ci ildən Almaniyada yaşayır, Avropa ölkələrində konsertlərlə çıxış edir.

 

Dünya

 

19 dekabr 1864 - Alman bəstəkarı Adolf Zanberqer (Adolf Sandberger, 1864 - 1943) anadan olub.

 

19 dekabr 1915 - Dünya şöhrətli fransız müğənnisi və aktrisası Edit Piaf (Edith Piaf - Edith Giovanna Gassion; 1915 - 10.10.1963) anadan olub.

 

19 dekabr 1933 - Məşhur rus aktrisası və teatr rejissoru (“Sovremennik” teatrı) Qalina Borisovna Volçek anadan olub.

 

19 dekabr 1944 - Rusiyanın Xalq artisti, tanınmış aktrisa Anastasiya Vertinskaya anadan olub. Filmlıri: “Al yelkənlər” (Assol), “Ovod” (Cemma), “Amfibiya-adam” və s. 

 

19 dekabr 1996 - Məşhur italyan aktyoru Marçello Mastroyanni (Marcello Vincenzo Domenico Mastroianni, 28.9.1924 - 1996) vəfat edib. Filmləri: “Şirin həyat”, “İtalyansayağı boşanma”, “Səkkiz yarım” və s. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi