“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.12.2013, 09:56
1165

6 dekabr

A- A+

6 dekabr 2006 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu vəfat edib...

Azərbaycan

 

6 dekabr 1881 - Azərbaycan rabitəsinin yarandığı gündür. Həmin gün Bakıda ilk telefon rabitə qurğusu istifadəyə verilib. Prezident İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli sərəncamı 6 dekabr Azərbaycanda “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü” elan edilib.

 

6 dekabr 1937 - Yazıçı, dramaturq, tərcüməçi Əkrəm Əylisli (Əkrəm Nəcəf oğlu Naibov) Ordubad rayonunun Yuxarı Əylis kəndində doğulub. “Azərbaycan" jurnalının baş redaktoru, Yazıçıları İttifaqının katibi, "Yazıçı" nəşriyyatının direktoru işləyib. Əsərləri: “Adamlar və ağaclar”, ”Bu kənddən bir qatar keçdi”, "Quşu uçan budaqlar", “Mənim nəğməkar bibim", "Bağdada putyovka var" və s. Ssenariləri əsasında "Gilas ağacı", “Tənha narın nağılı”, "Sürəyya" filmləri çəkilib. Rus dilindən tərcümələr (V.Şukşin, İ.Turgenev, Ç.Aytmatov) edib. 23 may 1998-ci ildə "Xalq yazıçısı" fəxri adına layiq görülüb. 7 fevral 2013-cü ildə "Daş yuxular" romanına görə "Xalq yazıçısı" adından məhrum edilib. 2005-2010-cu illərdə Milli Məclisin deputatı olub.

 

6 dekabr 1954 – Əməkdar artist Ayşad Kamal oğlu Məmmədov anadan olub. Şəki, Gənclər teatrlarında işləyib, hazırda Milli Dram Teatrında çalışır. “Bəxt üzüyü”, “Güllələnmə təxirə salınır!”, “Yalan”, “Məhkumlar” və s.filmlərdə çəkilib. 

 

6 dekabr 2006 - Görkəmli xanəndə, Xalq artisti Baba Mahmudoğlu (Mirzəyev; 7.11.1940, Qazax rayonu - 2006) vəfat edib. Opera tamaşalarında ("Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm və s.) əsas partiyaları ifa edib.

 

Dünya

 

6 dekabr 1813 - Rus şairi, publisist və naşir Nikolay Oqaryov (1813 - 1877) anadan olub.

 

6 dekabr 1841 - Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (Jean Frederic Bazille, 1841-1870) anadan olub.

 

6 dekabr 1950 - Yapon əsilli məşhur Amerika bəstəkarı Co Hisaisi (Joe Hisaishi Joe, əsl adı Mamoru Fudzisava) anadan olub.

 

6 dekabr 1957 - Rusiyanın estrada artisti, kinoaktyor Mixail Yevdokimov (1957-2005) anadan olub. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►"Bizim təqvim"

 

Xəbərlər
Redaktorun seçimi