24 dekabr
24 dekabr 1921 - Görkəmli tarixçi və şərqşünas, akademik Ziya Bünyadov anadan olub...
Azərbaycan
24 dekabr 1921 - Görkəmli tarixçi və şərqşünas, akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Musa oğlu Bünyadov (1923 - 21.2.1997) Astarada anadan olub. II Dünya müharibəsində Berlinədək döyüş yolu keçən Z.Bünyadov elmdə də şərəfli ömür yaşayıb. 1973-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki, 1990-cı ildə vitse-prezidenti seçilib. Uzun illər EA-nın Şərqşünaslıq İnstitutuna rəhbərlik edib. Milli Məclisin deputatı (1995-1997) olub. 1997-ci il fevralın 21-də yaşadığı evin qarşısında qətlə yetirilib.
24 dekabr 1926 - Əməkdar artist, balaban və klarnet ifaçısı Bəhruz Mahmud oğlu Zeynalov (1926-1998) anadan olub.
24 dekabr 1939 – Tanınmış şair, Əməkdar mədəniyyət işçisi Məmməd Muxtar oğlu Aslan Kəlbəcər rayonunun Laçın kəndində doğulub.
24 dekabr 1979 - Xalq artisti, aktrisa Sona Salman qızı Hacıyeva (25.6.1907, Şəki - 1979) vəfat edib. «Bəxtiyar» (Zəhra xala), “O olmasın, bu olsun”, “Qızmar günəş altında” və s. filmlərdə çəkilib.
Dünya
24 dekabr 1798 - Görkəmli polyak şairi, milli-azadlıq hərəkatının rəhbərlərindən biri Adam Miskeviç (Adam Bernard Mickiewicz, 1798 - 26.11.1855) anadan olub.
24 dekabr 1867 - Görkəmli türk şairi, jurnalist, pedaqoq Tofiq Fikrət (Mehmet Tevfik Fikret; 1867 - 19.8.1915) İstanbulda doğulub.
24 dekabr 1901 - Rus yazıçısı Aleksandr Fadeyev (əsl soyadı Bulıqa; 1901 - 13.5.1956) anadan olub. “Tarmar”, “Udeqedən sonuncu”, “Gənc qvardiya” romanlarının müəllifidir. SSRİ Yazıçılar İttifaqına rəhbərlik edib. Stalin repressiyalarında iştirakına görə peşmançılıq keçirərək intihar edib.
24 dekabr 1906 - Məşhur ingilis yazıçısı, detektiv əsərlər müəllifi Ceyms Hedli Çeyz (James Hadley Chase - Rene Brabazon Raymond, 1906-1985) anadan olub. Bir çox əsərləri əsasında filmlər (“İlğım” filmi, “Daş cəngəlliklər” və s.) çəkilib.
24 dekabr 1908 - SSRİ Xalq artisti Lyubov Dobrjanskaya (1908-1980) anadan olub. Filmləri: “Avtomobildən qorun”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə” (Jenya Lukaşinin anası) və s.
24 dekabr 1910 - Amerika fantast-yazıçısı Fris Leyber (Fritz Reuter Leiber, 1910-1992) anadan olub.
24 dekabr 1946 - Tanınmış aktyor, rejissor, Rusiyanın Xalq artisti Lonid Filatov (1946-2003) anadan olub. Filmləri: “Fleyta üçün unudulmuş melodiya”, “Çiçerin” və s.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: