“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.02.2013, 16:52
1420

Azərbaycan tarixi günbəgün: 6 fevral

A- A+

6 fevral 1905 - Bakıda erməni daşnak qüvvələrinin müsəlman (türk) əhaliyə qarşı kütləvi qırğınları başlayıb.

Çar Rusiyası hakim dairələrinin ölkədəki inqilab dalğasından diqqəti yayındırmaq üçün təhrik etdikləri toqquşmalar fevralın 9-dək sürdü və erməni silahlı dəstələri mindən çox müsəlman-türkü qətlə yetirdi. Ermənilər arasında da ölənlər vardı.

Bakıda bir müddət hərbi vəziyyət elan edildi, lakin erməni qüvvələrinin müsəlman əhaliyə qarşı hücumları aralıqlarla sonrakı dövrdə də (1907-ci ilədək) davam etdi.

 

6 fevral 1924 - Tanınmış aktrisa, Xalq artisti Firəngiz Şərifova (1924-2014) anadan olub. Görkəmli aktyor, rejissor, Abbasmirzə Şərifzadənin və aktrisa, SSRİ Xalq artisti Mərziyə Davudovanın qızıdır. "Qaraca qız" (Yasəmən), "Qərib cinlər ölkəsində (Tükəz), "Qətl günü" (Nənə) və s. filmlərdə çəkilib.

 

6 fevral 1927 - Rejissor, Xalq artisti Lütfi Şahbaz oğlu Məmmədbəyov (1927 - 1.2.2004) Ağdaşda doğulub. Televiziyada 60-dan çox televiziya tamaşasının rejissoru olub.

 

6 fevral 1938 - Xalq artisti, aktyor Rafiq Əşrəf oğlu Əzimov Bakıda anadan olub. 1962-ci ildən Akademik Milli Dram Teatrında çalışır. Bir sıra televiziya tamaşalarında, “Yeddi oğul istərəm”, “Arxadan vurulan zərbə” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

 

6 fevral 1950 - Xalq artisti, xanəndə Ağaxan Minəxan oğlu Abdullayev Bakının Əmircan kəndində anadan olub.

 

1970 - Azərbaycanın Milli Qəhrəmanı Mirəsgər Mirabdulla oğlu Seyidov anadan olub.

 

6 fevral 1992 - Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlər qurulub.

 

6 fevral 1995 - Prezident Heydər Əliyevin fərmanı ilə Səfər Əbiyev Azərbaycanın müdafiə naziri təyin edilib. Dövlət başçısının digər fərmanı ilə Məmmədrəfi Məmmədov (1993-cü ilin payızında nazir təyin olunmuşdu) müdafiə naziri vəzifəsindən azad edilib.

 

6 fevral 2004 - Prezident İlham Əliyevin Rusiyaya ilk rəsmi səfəri başlayıb. İki gün sürən səfər gedişində Azərbaycan prezidenti Rusiya rəhbərliyi ilə ikitərəfli münasibətlərin geniş spektrini müzakirə edib, bir sıra sənədlər imzalanıb. 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi