“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.02.2013, 16:51
1327

Azərbaycan tarixi günbəgün: 7 fevral

A- A+

7 fevral 2005 – Prezident İlham Əliyev manatın denominasiyası haqqında fərman imzalayıb. Yeni əskinaslar 1 yeni manat (AZN) - 5000 köhnə manat nisbətində dövriyyəyə buraxılıb.

7 fevral 1919 – Xalq artisti, görkəmli kinorejissor Tofiq Tağızadə (1919-1998) anadan olub. Tofiq Tağızadə “Görüş”, “Uzaq sahillərdə”, “Yeddi oğul istərəm, “Dədə Qorqud” və s. filmləri ilə milli kinomuza dəyərli töhfələr verib.

 

7 fevral 1991 – Azərbaycan Respublikasının Ali Soveti Şaumyan (kənd) rayonunun ləğv edilməsi və bəzi rayonlarının adlarının dəyişdirilməsi barədə qərarlar qəbul edib. Qərara əsasən, ilə Şaumyan (kənd) rayonu ləğv edilib, rayonun ərazisi Goranboy rayonu ilə birləşdirilib. Parlamentin qərarı ilə həmçinin Mirbəşir rayonu Tərtər, Qutqaşen rayonu Qəbələ, Vartaşen rayonu Oğuz adlandırılıb. Puşkin rayonun tarixi adı bərpa edilərək Biləsuvar adlandırılıb.

 

7 fevral 1993 – Erməni silahlı qüvvələri Dağlıq Qarabağın şimalında strateji əhəmiyyətli Sırxavənd kəndini (Ağdərə rayonu) ələ keçiriblər. Sərxavənd kəndi 1992-ci ilin martında ermənilər tərəfindən işğal edilmişdi. 1992-ci ilin yayında Azərbaycan Milli Ordusunun Qarabagın şimalında apardığı əməliyyat zamanı Ağdərə rayonunun böyük hissəsi, o cümlədən Sırxavənd işğalçılardan təmizlənmişdi. 1993-cü ilin fevralında bu ərazilər xəyanət nəticəsində yenidən ermənilərin əlinə keçdi.

 

7 fevral 1995 – Prezident Heydər Əliyevin sərəncamı ilə Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının (2009-cu ildən Prezident Administrasiyası) rəhbəri təyin edilib. Ramiz Mehdiyev 1938-ci il aprelin 17-də Bakıda anadan olub. 1983-1988-ci illərdə sovet Azərbaycanının rəhbərliyində təmsil olunub, Azərbaycan KP MK-nın katibi olub. 1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-siyasi Tədqiqatlar və İnformasiya İnstitutunda şöbə müdiri işləyib. 1994-cü ilin fevralından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ümumi şöbəsinin müdiri işləyib.

 

7 fevral 2005 – Prezident İlham Əliyev Azərbaycan milli valyutasının - manatın denominasiyası haqqında fərman imzalayıb. Fərmana əsasən, 2006-cı il yanvarın 1-dən dövriyyə yeni əskinaslar (1 yeni manat (AZN) - 5000 köhnə manat nisbətində) buraxıldı. 1992-ci ildən dövriyyədə olan köhnə manatlar 2006-cı il dekabrın 31-də tədavüldən çıxarıldı.

 

7 fevral 2007 – Tbilisidə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Mixail Saakaşvili, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı sənədlər, regional əməkdaşlıq haqqında “Tbilisi bəyannaməsi” imzalanıb. Layihənin Gürcüstan hissəsinin maliyyəsi üçün krediti (ilkin olaraq 200 mln. dollar) Azərbaycan ayırıb. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi