Azərbaycan tarixi günbəgün: 18 fevral
18 fevral 1997 – Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq haqqında siyasi saziş və bir sıra iqtisadi müqavilələr imzalanıb.
18 fevral 1201 – Dünya şöhrətli azərbaycanlı alim, riyaziyatçı, astronom və filosof Nəsirəddin Tusi (1201-1274) anadan olmuşdur (bəzi mənbələrdə Tusinin təvəllüd günü 16 və 17 fevral göstərilir). Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası uzun illər təkcə Şərqin deyil, dünyanın mötəbər elm (astronomiya) mərkəzlərindən biri olub.
18 fevral 1925 – Tanınmış jurnalist və ictimai xadim Hacı Hacıyev (1924-2008) anadan olmuşdur. Hacı Hacıyev uzun müddət Azərbaycan Jurnalistlər Birliyinə rəhbərilik edib, bədii tərcümə (rus dilindən) ilə məşğul olub.
18 fevral 1931 – Görkəmli şair, dramaturq Nəriman Həsənzadənin anadan olduğu gündür. Nəriman Həsənzadənin ççoxsaylı poetik topluları, dram əsərləri ilə müasir Azərbaycan ədəbiyyatına böyük töhfələr verib.
18 fevral 1997 – Gürcüstan prezidenti Eduard Şevardnadzenin Azərbaycana ilk rəsmi gedişində iki ölkə arasında strateji tərəfdaşlıq haqqında siyasi saziş və bir sıra iqtisadi müqavilələr imzalanıb.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: