“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.03.2013, 16:32
1500

Azərbaycan tarixi günbəgün: 26 mart

A- A+

26 mart 1998 – Prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən 31 mart Azəbaycanlıların Soyqırımı Günü elan edilib.

26 mart 1910 – Görkəmlı teatr və kino aktyoru, SSRİ-nin xalq artisti Ələsgər Ələkbərov (1910-1963) anadan olmuşdur.

 

26 mart 1989 – SSRİ-də alternativlik şəraitində ilk seçkilər keçirilib. SSRİ Xalq Deputatları Qurultayının 2250 deputat (ərazi, milli-ərazi seçki dairələri və ictimai təşkilatlar üzrə 750 nəfər) yeri uğrunda 10 min namizəd mübarizə aparıb. Bu, Azərbaycanda da ilk alternativ əsaslı seçki idi. Buna qədər sovet seçkiləri “1 mandat - 1 namizəd” prinsipi ilə keçirilirdi.

 

26 mart 1998 – Prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Fərmanda XIX əsrin əvvəlində Şimali Azərbaycanın Rusiya ilhaqından sonra ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı siyasətinə tarixi-siyasi qiymət verilib. Sənəddə erməni millətçi qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1905-1907, 1918-ci illərdə həyata keçirilmiş qətliamlar, azərbaycanlıların Ermənistan ərazisindəki tarixi yurdlarından 1948-1953-cü illərdəki deportasiyası, 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmənin aparılması, bu prosesin Dağlıq Qarabağda və Ermənistanın işğal etdiyi digər ərazilərdə davam etməsi təhlil olunub. Fərmana əsasən, 1918-ci il mart soyqırımının tarixi - 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.

 

26 mart 2000 – Azərbaycanda 1999-cu il dekabrın 12-də keçirilmiş bələdiyyə seçkilərinin davamı olaraq təkrar seçkilər keçirilib. Həmin seçkilərdən sonra nəticələri ləğv edilmiş 75 bələdiyyə üzrə ümumilikdə 500-ə yaxın bələdiyyə üzvü seçilib. 

 

26 mart 2005 – Yeni Azərbaycan Partiyasının III qurultayında Prezident İlham Əliyev təşkilatın yeni sədri seçilib. İlham Əliyev 1999-cu ilin dekabrında YAP sədrinin müavini, 2001-ci ilin noyabrında isə sədrin 1-ci müavini seçilmişdi. 2003-cü ilin 12 dekabrında Heydər Əlievin vəfatından sonra partiyaya rəhbərlik edirdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi