“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.03.2013, 16:38
1417

Azərbaycan tarixi günbəgün: 16 mart

A- A+

16 mart 1948 - Azərbaycanın qərbində “metallurqlar şəhəri” Daşkəsənin əsası qoyulub.

16 mart 1921 - Rusiya ilə Türkiyə arasında dostluq və qardaşlıq haqqında Moskva müqaviləsi bağlanıb. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənir və Türkiyə onun qarantı kimi çıxış edirdi. Moskva müqaviləsinin müddəaları əsasında 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) imzalandı.

 

16 mart 1940 - Məşhur cazmen, pianoçu, bəstəkar Vaqif Əziz oğlu Mustafazadə (1940 - 16.12.1979) anadan olub.

 

16 mart 1948 - Azərbaycanın qərbində “metallurqlar şəhəri” Daşkəsənin əsası qoyulub. Daşkəsən bölgədə dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar olaraq salınıb. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.

 

16 mart 1992 - Azərbaycanın Müdafiə Nazirliyində rəhbər dəyişiklikləri davam edib. Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun sərəncamı ilə Şuşanın hərbi komendantı Rəhim Qazıyev müdafiə naziri təyin edilib.

 

16 mart 1995 - Prezident Heydər Əliyev XTPD qiyamını dinc yolla aradan qaldırmaq üçün daha bir addım ataraq qiyamçıların silahı könüllü təhvil verəcəkləri təqdirdə cinayət məsuliyyətinə cəlb olunmayacaqları barədə fərman imzalayıb.

 

16 mart 2006 - Bakıda dünya azərbaycanlılarının II qurultayı keçirilib. Forumda 49 ölkədən azərbaycanlı diaspor təşkilatlarının 600-dən çox nümayəndəsi, 300-dək qonaq iştirak edib. Qurultay dünya azərbaycanlılarına, Azərbaycan və Türk diaspor təşkilatlarına, Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə müraciətlər qəbul edib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi