“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
13.05.2013, 10:49
1366

Azərbaycan tarixi günbəgün: 13 may

A- A+

2006 - Azərbaycanda 2005-ci ilin 6 noyabr seçkilərindən sonra nəticələri ləğv olunmuş 10 dairə üzrə təkrar parlament seçkiləri keçirilib...

 

13 may 1929 – Şair və tərcüməçi Hikmət Ziya (Əfəndiyev Hikmət Ziya oğlu, 1929-1995) anadan olub. Uşaq və gənclər üçün bir çox əsərlərin müəllifidir. Sözlərinə çoxlu mahnılar bəstələnib.

 

13 may 1943 - Xalq yazıçısı, dramaturq, dövlət xadimi Elçin İlyas oğlu Əfəndiyev anadan olub. 1993-cü ildən Azərbaycan Respublikası baş nazirinin müavinidir.

 

13 may 2004 - Avropa Komissiyasının (Avropa Birliyinin ali icra orqanı) Avropa Qonşuluq Siyasətinə dair strategiya sənədini qəbul etdiyi elan olunub. Sənəddə Azərbaycan, Ermənistan və Gürcüstanın bu siyasətə daxil edilməsi tövsiyə olunub. Həmin tövsiyəyə əsasən, Avropa Birliyinin sammitində (17-18 iyun 2004-cü il) Cənubi Qafqazın üç respublikasının qeyd olunan proqrama daxil edilməsi qərara alınıb. Azərbaycan AB ilə «qonşuluq siyasəti» üzrə əməkdaşlıq sazişini 2006-cı ilin noyabrında imzalayıb.

 

2006 - Azərbaycanda 10 seçki dairəsi üzrə təkrar parlament seçkiləri keçirilib. 2005-ci ilin 6 noyabr seçkilərindən sonra həmin dairələrdə nəticələr Mərkəzi Seçki Komissiyası və Konstitusiya Məhkəməsi tərəfindən ləğv olunmuşdu. Təkrar seçkilərdə 10 deputat yerindən 5-ni YAP-ın nümayəndələri, 2-ni müxalifət, 3-nü bitərəf namizədlər qazandı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi