Azərbaycan tarixi günbəgün: 3 may
3 may 1995 – Türkiyənin yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verilib.
3 may Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür. 1993-cü ildə BMT Baş Assambleyasının qərarı ilə təsis edilən əlamətdar gün Azərbaycanada da qeyd olunur.
3 may 1857 – Yazıçı-publisist, tərcüməçi, aktyor və teatrşünas Əsgər Adıgözəlov (Gorani) (1857-1910) anadan olub.
3 may 1920 – Sovet hakimiyyəti Azərbaycanın bütün ərazisinə yayılmağa başlayıb. Müvəqqəti İnqilab Komitəsi yerlərdə qəza, mahal və kənd inqilab komitələrinin yaradılması barədə dekret verib. Bu arada bolşeviklərin Bakı buxtasındakı hərbi-dəniz qüvvələri cənuba doğru hərəkət edərək Lənkərana və Astaraya desant çıxardıb. Xalq Cümhuriyyətinin azsaylı ordu hissələri yalnız Qarabağda qalmışdı və erməni qüvvələri ilə döyüşürdü.
3 may 1995 – Türkiyənin xarici işlər naziri Ərdal İnönünün Bakıya səfəri gedişində qardaş ölkənin yardımı ilə Azərbaycan Milli Elmlər Akademiyasında ilk internet şəbəkəsi istifadəyə verilib.
Hazırladı: Vüqar Orxan
Bax həmçinin: