“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
30.05.2013, 10:51
1805

Azərbaycan tarixi günbəgün: 30 may

A- A+

30 may 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib...

 

30 may 1862 - Böyük satirik şair, maarifçi və mütəfəkkir Mirzə Ələkbər Sabir (1862-1911) Şamaxıda anadan olub. “Molla Nəsrəddin" jurnalında fəaliyyəti Sabirin yaradıcılığının ən yetkin, məhsuldar dövrüdür. Ölümündən sonra (1912) şeirləri «Hophopnamə» adı ilə nəşr olunub.

 

30 may 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında dünya dövlətlərinə radioteleqramlar göndərilib. Dünyanın aparıcı dövlətlərinin xarici işlər nazirlikləri Azərbaycanda müstəqil respublikanın yaradılması haqqında informasiya aldılar. Radioteleqramlar İstanbula, Berlinə, Vyanaya, Parisə, Londona, Romaya, Vaşinqtona, Sofiyaya, Buxarestə, Tehrana, Madridə, Moskvaya, Stokholma, Tokioya və digər paytaxtlara göndərilmişdi.

 

30 may 1930 - Şair, publisist Fikrət Sadıq Şamaxı şəhərində doğulub. Uşaqlar üçün çoxsaylı əsərlərin, sənədli filmlərin ssenarilərinin müəllifidir.

 

30 may 1954 - Xalq artisti Şükufə Mühəddin qızı Yusupova Bakıda anadan olub. "Tütək səsi" (Tutu), «Ad günü» (Rəna), «Nar ağacı haqqında xatirələr» (Mədinə), «Gümüş göl əfsanəsi» (Səidə) və s. filmlərdə maraqlı obrazlar yaradıb.

 

30 may 1967 - Tanınmış aktyor, rejissor İsmayıl Mahmud oğlu Əfəndiyev (10.8.1910, Şamaxı - 1967) vəfat edib. “Arşın mal alan” (1945), “Fətəli xan”, “Koroğlu”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb, onlarla xarici filmin Azərbaycan dilinə dublyajında iştirak edib.

 

30 may 1991 - Erməni təxribatçılarının Azərbaycana qarşı növbəti terror aktı baş verib. Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarı partladılması nəticəsində 11 nəfər həlak olub, 22 nəfər yaralanıb.

 

30 may  2003 - Prezident Vladimir Putin Rusiya-Azərbaycan münasibətlərində strateji tərəfdaşlığın inkişafındakı tarixi xidmətlərinə görə prezident Heydər Əliyevin Rusiyanın ən yüksək mükafatı - Müqəddəs Apostol Andrey Pervozvannı ordeni ilə təltif edilməsi barədə fərman imzalayıb. Xarici dövlət başçıları arasında ilk dəfə Heydər Əliyev Rusiyanın ali mükafatına layiq görülmüşdü. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

Xəbərlər
Redaktorun seçimi