“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
02.05.2013, 16:09
1427

Azərbaycan tarixi günbəgün: 2 may

A- A+

2 may 1992 – Türkiyə Cümhuriyyətinin baş naziri Süleyman Dəmirəl müstəqil Azərbaycana ilk səfərə gəlib.

Orta Asiya respublikalarına səfərdən sonra Bakıya gələn Dəmirəl burada respublika rəhbərliyi ilə (prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədov) görüşüb, iqtisadiyyat və nəqliyyat sahəsində əməkdaşlıq haqqında sazişlər imzalanıb. Türkiyə baş naziri həmçinin Naxçıvana telefon edərək muxtar respublika Ali Məclisinin sədri Heydər Əliyevlə fikir mübadiləsi aparıb.

 

2 may 1995 – Milli Məclis prezidentin təqdimatına əsasən, baş nazirin müavini Fuad Quliyevi baş nazir vəzifəsinə təsdiq edib. F.Quliyev 1994-cü ilin oktyabrından baş nazir səlahiyyətlərini icra edirdi. 1996-cı ildə səhhətilə bağlı vəzifəsindən istefa verdi və onu bu vəzifədə Artur Rasizadə əvəzlədi.

 

2 may 1995 – Milli Məclis həmçinin Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın tərkibi təsdiq edib. Prezident Heydər Əliyevin sədrlik etdiyi komissiyanın tərkibinə tanınmış ictimai xadimlər, alimlər, hüquqşünaslar daxil idi.

 

2 may 2003 – Prezident Heydər Əliyev faşizm üzərində Qələbənin 58-ci ildönümü münasibətilə amnistiya təşəbbüsü ilə çıxış edib. Amnistiya aktı ümumilikdə 14 min nəfərə şamil edildi, o cümlədən 3400 məhbus azadlığa çıxdı. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi