“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.08.2013, 10:46
1525

Azərbaycan tarixi günbəgün: 7 avqust

A- A+

7 avqust 1992 – Erməni silahlı qüvvələrinin Azərbaycanın sərhəd bölgələrinə və Dağlıq Qarabağdakı yaşayış məntəqələrinə hücumlarının qarşısını almaq üçün "Ərazi müdafiə qərargahlarının yaradılması haqqında" fərman verilib...

7 avqust 1930 – Xalq rəssamı, Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Toğrul Fərman oğlu Nərimanbəyov (1930-2013) anadan olub. Dünyanın müxtəlif müzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda yaratdığı əsərlərlə yanaşı, divarüstü monumental freskaları ilə də tanınıb. Bir sıra filmlərə, opera və teatr tamaşalarına bədii tərtibat verib.

 

7 avqust 1932 – SSRİ hökumətinin qəbul etdiyi "Dövlət müəssisələri, kolxoz və kooperativlərin əmlakının qorunması haqqında" qərarla xalq təsərrüfatında sərt cəza tədbirlərinin əsası qoyulub. Qərara görə, dövlət və kolxoz əmlakının hətta cüzi şəkildə mənimsənilməsi güllələnmə, ən yaxşı halda 10 il həbslə cəzalandırılırdı. Sovet tarixinə "Beş sünbül haqqında qanun" adı ilə düşən sənəd Azərbaycanda da xüsusilə kənd təsərrüfatında geniş repressiyalara zəmin yaradıb.

 

7 avqust 1992 – Azərbaycanda "Ərazi müdafiə qərargahlarının yaradılması haqqında" fərman verilib. Qərar erməni silahlı qüvvələrinin Azərbaycanın sərhəd bölgələrində və Dağlıq Qarabağda azərbaycanlı yaşayış məntəqələrinə hücumlarının qarşısını almaq üçün yerli əhalinin səfərbər olunmasını nəzərdə tuturdu. Lakin Qarabağda yerli özünümüdafiə qüvvələrinin yaradılması nəticə etibarilə hərbi özbaşınalığa, yerlərdə vahid komandanlığa tabe olmayan silahlı qüvvələrin yaranmasına rəvac verdi.

 

7 avqust 1993 – Azərbaycanın cənub bölgəsində Ələkram Hümbətovun başçılığı altında qondarma qurum - “Talış-Muğan Respublikası” elan olunub. Xalq Cəbhəsi iqtidarı dövründə Müdafiə Nazirliyində yüksək postlar tutan (bir müddət nazir müavini) tutan polkovnik Ələkram Hümbətovun avantürası Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə qayıdışı ilə barışmayan daxili və xarici qüvvələr tərəfindən təşviq olunurdu. Yerli əhali arasında isə bu separatçılığın real dəstəyi yox idi. İki həftə sonra Azərbaycan Respublikası Ali Sovetinin sədri və prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyevin qətiyyətli tədbirləri və yerli əhalinin geniş dəstəyi nəticəsində ölkənin cənubundakı separatçılıq avantürasına son qoyuldu. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

Xəbərlər
Redaktorun seçimi