“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
24.08.2013, 09:07
1599

Azərbaycan tarixi günbəgün: 24 avqust

A- A+

24 avqust 2002 – Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər ediliməsi bağlı ümümxalq səsverməsi - referendum keçirilib...

 

24 avqust 944 – Kiyev-rus knyazı İqorun başçılıq etdiyi rus (slavyan) tayfalarının qoşunları Azərbaycan torpaqlarına daxil olaraq Bərdə şəhərini ələ keçiriblər. Həmin dövrdə Qafqazın böyük ticarət mərkəzi olan Bərdə şəhəri şəhər knyaz İqorun quldur dəstələri tərəfindən talan edilib, əhaliyə divan tutulub. Bundan bir qədər əvvəl (914) rus-slavyan qoşunları Azərbaycanın Xəzərsahili bölgələrinə ilk istilaçı yürüş etmişdilər. Həmin dövrdə Azərbaycan ərazisində dövlətçiliyin (şimalda Şirvanşahlar, cənubda Salarilər dövləti) zəif olması xarici hücumları dəf etməyə imkan vermirdi.

 

24 avqust 1578 – Səfəvi-Osmanlı müharibələrinin ikinci mərhələsi (birinci mərhələ 1555-ci ildə Amasya sülhü ilə yekunlaşmışdı) başlanıb. Həmin il Çıldır döyüşündə Səfəvi qoşunlarına qalib gələn Osmanlı qüvvələri Tiflisi ələ keçiriblər. Lakin bir qədər sonra (sentyabr) Səfəvi qoşunları məğlubiyyətin əvəzini çıxıb, Osmanlı ordusunun şimal-qərbi Azərbaycan torpaqlarına doğru irəliləməsinin qarşısı alınıb.

 

24 avqust 2002 – Azərbaycanda Konstitusiyaya əlavə və dəyişikliklər ediliməsi bağlı ümümxalq səsverməsi - referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda ölkə üzrə səsvermə hüququ olan 4 milyon 410 min nəfər əhalinin 88,47 faizi iştirak edib. Referendum aktında Azərbaycan Konstitusiyanın 24 maddəsi üzrə 39 dəyişiklik təklif olunmuşdu. Həmin dəyişikliklər 8 qrup üzrə bölüşdürülmüşdü. Rəsmi nəticələrə əsasən, dəyişikliklər paketinin lehinə (ayrı-ayrı bloklar üzrə) 96-97 faiz səs verilmişdi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

Xəbərlər
Redaktorun seçimi