“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.08.2013, 09:11
1545

Azərbaycan tarixi günbəgün: 25 avqust

A- A+

25 avqust 1721 – Dağıstan hakimi Hacı Davud xan yerli əhalinin köməyi ilə Şamaxını ələ keçirib...

 

25 avqust 1721 – Dağıstan hakimi Hacı Davud xan yerli əhalinin köməyi ilə Şamaxını ələ keçirib. Şəhərdə gen-bol ticarət edən çoxlu sayda rus taciri qətlə yetirilib, malları qarət edilib. Bu hadisə çar Rusiyası ilə Səfəvi dövlətinin (Şamaxı-Şirvan bölgəsi də onun tərkibində idi) münasibətlərini kəskin şəkildə pisləşdirib. Bundan sonra Xəzəryanı bölgələrə yürüşə başlayan rus qoşunları Dərbənddən Bakıyadək əraziləri, daha sonra isə Astara və Ənzəliyədək bütün sahilyanı əraziləri keçiriblər. Ruslar yalnız 1732-ci ildə Kürdən cənubda olan əraziləri Səfəvi dövlətinə  qaytardılar. 

 

25 avqust 1943 - Görkəmli aktyor, Xalq artisti Şahmar Zülfüqar oğlu Ələkbərov (1943-1992) Gəncədə anadan olub. Bir çox filmlərdə unudulmaz obrazlar yaradıb.  “Sahilsiz gecə”, “Qəzəlxan” filmlərini çəkib. 

 

25 avqust  1992 – Azərbaycanla Mərakeş dövləti (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub.

 

25 avqust 1993 – ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Marqareta af Uqqlas erməni silahlı qüvvələrinin Azərbaycan ərazisində işğalçılıq əməliyyatlarının genişlənməsi ilə bağlı bəyanat verib. ATƏT sədri Ermənistan prezidenti Levon Ter-Petrosyana müraciət edərək erməni qüvvələrini Qubadlı və Zəngilan rayonlarının işğalından çəkinməyə çağırıb. Lakin Ermənistan rəhbərliyi bu çağrışı rədd etdi və avqustun sonunda Qubadlı rayonu işğal olundu.

 

25 avqust 2001 – Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hüseyn Qıvrıqoğlunun Azərbaycana səfəri gedişində iki ölkə arasında hərbi əməkdaşlıq məsələlərini geniş müzakirə olunub. Türkiyə Silahlı Qüvvələrinin ali pilotaj eskadrilyası olan "Türk ulduzları" Bakı səmasında nümunəvi üçüşlar (24 avqust)  keçirib. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi

 

 

Xəbərlər
Redaktorun seçimi