“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.08.2013, 10:04
1524

Azərbaycan tarixi günbəgün: 31 avqust

A- A+

31 avqust 1993 – Ermənistan silahlı qüvvələri Azərbaycanın Qubadlı rayonunu işğal ediblər...

 

31 avqust 1863 – Tanınmış maarifçi, yazıçı, dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin – “Uşaq bağçası" (“Əlifba”) və "Bəsirətülətfal" adlı qiraət kitabının müəllifidir.

 

31 avqust 1991 – Azərbaycanda 1990-cı ilin 20 yanvarından qüvvədə olan fövqəladə vəziyyət rejimi, nəhayət, ləğv olunub. Hakimiyyət bununla qarşıdakı prezident seçkilərinə (8 sentyabr 1991) demokratik görüntü verməyə çalışırdı. Alternativsizlik şəraitində keçirilən həmin seçkidə Azərbaycan Kommunist Partiyasının rəhbəri Ayaz Mütəllibov prezident seçildi.

 

31 avqust 1993 – Ermənistanın silahlı qüvvələrinin davam edən təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağdan kənarda daha bir bölgə - Qubadlı rayonu işğal olunub. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, şimaldan Laçın rayonu, Hadrut rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Qubadlı rayonunun ərazisi 802 kv km, əhalisi isə işğal zamanı 31 min nəfər idi. Qarabağ münaqişəsi başlayandan sonra Ermənistan ərazisindən Qubadlının sərhəddə yerləşən Əliquluuşağı, Məlikməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Davudlu, Novlu, Y.Cibikli, Əyin, Çaxdaxlı, Tarovlu, Fərcan, Göyyal, Saldaş, Çərəli kəndlərinə təcavüz edilir, kəndlər atəşə tutulurdu. Işğal nəticəsində Qubadlı şəhəri və rayonun 93 kəndi Ermənistan silahlı qüvvələrinin əlinə keçib. Qubadlının işğalından sonra erməni qüvvələrinin Zəngilan rayonu ətrafında mühasirə halqası daha da daralıb.

 

31 avqust 2001 – Prezident Heydər Əliyev "Əsrin müqaviləsi" ("Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsi) çərçivəsində "böyük neft"in hasilatına başlanılması barədə "Faza-1" planını təsdiqləyib. Plana əsasən, 2005-ci ilədək "Əsrin müqaviləsi" üzrə neft istehsalının gündəlik 100 min barreldən 375 min barrelə çatdırılması nəzərdə tutulurdu. Plana vaxtından öncə - 2004-cü ilin avqustunda əməl edildi. 

 

Hazırladı: Vüqar Orxan

 

Bax həmçinin:

►Mədəniyyət gündəliyi 

 

Xəbərlər
Redaktorun seçimi